Azərbaycan məhsulları “Worldfood Moscow” sərgisində təqdim olunacaq
Tarix: 17.08.2017 | Saat: 20:13:00 | E-mail | Çapa göndər
Azərbaycan məhsulları növbəti dəfə vahid ölkə stendi ilə bu il sentyabrın 11-14-də Moskva şəhərində keçiriləcək "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, sərgidə Azərbaycanın 30-dan çox şirkətinin meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, çay, süd məhsulları və sair yerli məhsullarımız təqdim ediləcək. "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisində, həmçinin Azərbaycanın mədəniyyəti və mətbəxi, ölkəmizin turizm, biznes və investisiya imkanları təbliğ olunacaq. Qeyd edək ki, Azərbaycan Prezidentinin 2016-cı il 5 oktyabr tarixli "Made in Azerbaijan" brendinin xarici bazarlarda təbliğini nəzərdə tutan fərmanına uyğun olaraq, indiyədək yerli məhsullarımız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş "Gulfood 2017" Beynəlxalq Ərzaq Sərgisində və Almaniyanın Düsseldorf şəhərində təşkil olunmuş "Prowein 2017" Beynəlxalq Şərab Sərgisində vahid ölkə stendi ilə nümayiş olunub, xarici ölkələrə 8 ixrac missiyası təşkil edilib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
22.09.2017
“Azərbaycan multikulturalizmi” kitabının təqdimatı olub
22.09.2017
Что может сделать ООН для правосудия над преступлениями против Азербайджана?
22.09.2017
Prezident Balaxanı Sənaye Parkının açılışında iştirak edib
21.09.2017
Van Veyquan: “Azərbaycan Çinin strateji tərəfdaşıdır”
21.09.2017
Nəsimidə Beynəlxalq Sülh günü qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7345

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
5 Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
22.09 20:10 Badamlı peçenye
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info