“Şahdəniz-2” üzrə ümumi işlərin 95 faizindən çoxu tamamlanıb
Tarix: 17.08.2017 | Saat: 20:15:00 | E-mail | Çapa göndər
“BP-Azerbaijan”:
“BTC boru kəməri vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur”

“Şahdəniz Mərhələ 2” üzrə ümumi işlərin 95 faizindən çoxu tamamlanıb. “BP-Azerbaijan” şirkətindən verilən məlumata görə, cari ilin birinci yarısında “Şahdəniz Mərhələ 2” layihəsinin tikinti işləri uğurla davam edib. Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 95 faizdən çox tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.
Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalı, Bakı yaxınlığındakı “ATA” (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı dərin özüllər zavodu və boru kəməri marşrutu boyunca layihə işləri davam edir. İyun ayında layihə daha bir mühüm hadisəni qeyd edib - “Şahdəniz Mərhələ 2” üçün tikilən platformalardan birinin üst modulları yola salındı və dənizdə quraşdırılıb. Yaşayış blokları və texnoloji təchizat platformasının üst modullarının yola salınması münasibətilə təşkil olunan rəsmi mərasimdə Prezident də iştirak edib. Dənizdə üst modullar artıq əvvəldən suyun 94 metr dərinliyində quraşdırılmış dayaq blokunun üzərinə oturdulub və uğurla bərkidilib. “ATA” tikinti-quraşdırma sahəsində “Şahdəniz-2” üçün inşa olunan paltformalardan ikincisinin də üst modullarının tikintisi artıq başa çatıb və istismar sınaqları 90 faiz tamamalanıb. Bu modulların dənizə yola salınması və quraşdırılması 2017-ci ilin üçüncü rübünə planlaşdırılır. Sualtı tikinti işləri üçün nəzərdə tutulmuş “Xənkəndi” gəmisinin tikintisi və istismar sınaqları Bakı Gəmiqayırma Zavodunda artıq bitib və bu da “Şahdəniz-2” layihəsində mühüm bir mərhələdir. Dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında “Şahdəniz-2”dən əldə ediləcək əlavə qaz həcmlərini emal etmək üçün genişləndirmə işləri uğurla irəliləyir. Ümumilikdə “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 mindən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunub ki, onların da 80 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır. “BP-Azerbaijan” şirkətinin məlumatında o da qeyd edilir ki, “Şəfəq-Asiman” üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir. Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisindən 2016-cı ildə əldə edilmiş 3 ölçülü məlumatların emalı və interpretasiyası davam edir. Məlumatların tam emalının bu ilin üçüncü rübündə başa çatacağı gözlənilir. Seysmik interpretasiya işləri isə bu ilin dördüncü rübündə bitəcək. Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2017
“Azərbaycan multikulturalizmi” kitabının təqdimatı olub
22.09.2017
Что может сделать ООН для правосудия над преступлениями против Азербайджана?
22.09.2017
Prezident Balaxanı Sənaye Parkının açılışında iştirak edib
21.09.2017
Van Veyquan: “Azərbaycan Çinin strateji tərəfdaşıdır”
21.09.2017
Nəsimidə Beynəlxalq Sülh günü qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7346

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
5 Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
22.09 20:10 Badamlı peçenye
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info