Sahibkarlarımız “Moldova Biznes Həftəsi 2017”yə dəvət olunurlar
Tarix: 18.08.2017 | Saat: 11:52:00 | E-mail | Çapa göndər


Sahibkarlar oktyabrın 3-6-da Moldovanın paytaxtı Kişineu şəhərində ölkənin ən əlamətdar iqtisadi hadisəsi – işgüzar mühit, sərmayə və ixracın təşviqinə həsr olunmuş IV "Moldova Biznes Həftəsi 2017" tədbirinə dəvət olunurlar.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, "Moldova Biznes Həftəsi 2017" ikitərəfli görüşlər formatında təşkil olunan tədbirlər və müzakirələr, o cümlədən potensial tərəfdaşlarla birbaşa əlaqə, eləcə də investisiya sahəsində plan və son tendensiyalar üzrə bir sıra sessiyalar, sərmayəçilər üçün imkanlar, habelə Moldovada biznesin təşkili və inkişafı əməliyyatlarının araşdırılması üçün platformadır.
Dörd gün ərzində "Moldova Biznes Həftəsi 2017" milli və beynəlxalq səviyyədə avtomobil, enerji, kənd təsərrüfatı məhsulları, təhsil, tikinti, emal, turizm, informasiya və kommunikasiya texnologiyayaları, ticarət, tekstil, geyim və ayaqqabı sahəsində fəaliyyət göstərən müxtəlif ölçülü müəssisə və institutlardan olan iş adamları, sərmayəçilər, siyasi dairələr və sənaye liderlərini, eləcə də inkişaf tərəfdaşları və diplomatik korpus nümayəndələrini bir araya toplayacaq. "Moldova Biznes Həftəsi 2017"nin ümumi təşkilatçıları Moldova İqtisadiyyat və İnfrastruktura Nazirliyi və Moldova İnvestisiya və İxracın Təşviqi Təşkilatıdır (MIEPO).
Qeyd edək ki, Moldova özünün rəqabətli işgüzar mühiti, habelə təhsilli, gənc və çoxdilli əhalisi sayəsində beynəlxalq şirkətlərə Avropa və MDB bazarlarına çıxış imkanı verməklə yanaşı, onların əməliyyat xərclərini optimallaşdıran, rəqabətli məvacib mühitində bacarıqlı əmək qüvvəsini aşkar edən və ya şirkətin yerdəyişməsindən asılı olmayaraq paylayıcı şəbəkə, yaxud toplaşma məntəqələrinə yaxınlığını təmin edən məkandır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
Elçin Quliyev xidmət vaxtı yaralanmış baş çavuşu təltif etdi
18.07.2018
Jurnalistlər üçün yeni binanın istifadəyə veriləcəyi vaxt açıqlandı
18.07.2018
Cari ilin birinci yarımilində 37,6 min işsiz və işaxtaran şəxs işlə təmin edilib
17.07.2018
Bakı şəhərinin baş planı hazırlanır
17.07.2018
Əlil arabaları əlilliyi olan şəxslərə yaşadıqları rayonlarda təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9647

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Təxribatçıların çağırışlarına inanmayın”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info