Xalq şairi Mirvarid Dilbazinin 105 illiyi qeyd olunub
Tarix: 18.08.2017 | Saat: 11:53:00 | E-mail | Çapa göndər
Qazaxda Azərbaycanın Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 105 illiyi qeyd olunub.
Bu münasibətlə keçirilən tədbirdə ziyalılar, ağsaqqallar, şairlər, poeziyasevərlər və ictimaiyyətin nümayəndələri iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Fəxri qazaxlılar” parkında keçirilən tədbirdə iştirakçılar şairin parkdakı büstü önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.
Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri açaraq M.Dilbazinin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən, onun zəngin yaradıcılığından söz açıb. Bildirib ki, bu gün 105 illiyini qeyd olunan M.Dilbazi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində öz dəsti-xətti, öz sözü olan sənətkarlardandır. Poeziyamızda silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanizm, yüksək insani dəyərlər, vətənpərvərlik onu xalqa sevdirib.
Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal çıxış edərək M.Dilbazinin ədəbiyyatımızın inkişafındakı xidmətlərindən söz açıb.
Qeyd olunub ki, M.Dilbazi öz zəngin yaradıcılığı ilə Azərbaycan poeziyasının bir çox parlaq nümunələrini yaradıb. Bunun nəticəsidir ki, onun şeirləri bu gün də sevilə-sevilə oxunur.
Sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairin qohumu Zaməddin Ziyadoğlu, Xanlıqlar kənd tam orta məktəbin müəllimi İlhamə Allahverdiyeva, M.Dilbazi adına Cəfərli kənd tam orta məktəbin müəllimi Vilayət Rüstəmov şairənin yaradıcılığından söz açaraq onunla bağlı xatirələrini bölüşüblər.
Tədbirdə iştirak edən şairlərdən İbrahim İlyaslı, Tamella Poladlı, Mübariz Qaragözlü, Məzahir Yaqub, Kazım Kazımlı, Elnur Süleymanlı, Səhlədar Hidayətoğlu, İlham Mansurlu öz yeni şeirlərini oxuyublar.
Axırda M.Dilbazi adına Cəfərli kənd və Xanlıqlar kənd tam orta məktəblərin şagirdlərinin ifasında M.Dilbazinin şeirləri səsləndirilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2017
Qara sazın mahir ifaçısı
17.11.2017
“Nar bağı” filmi “Ən yaxşı film” seçilib
16.11.2017
50 yaşlı Xalça Muzeyi
15.11.2017
İstiqlal Muzeyində tədbir keçirilib
15.11.2017
Moskvada Kərim Kərimovun yubileyi qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7719

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 İşə qəbul üzrə növbəti müsabiqə  
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info