Bu meyvə ilə nəqliyyata minmək və otellərə girmək qadağandır
Tarix: 18.08.2017 | Saat: 11:54:00 | E-mail | Çapa göndər


Durian Malayziya, Tayland və Vyetnamda hündürlüyü 40 metrdən çox olan ağaclarda yetişən meyvə növüdür.
AZƏRTAC “haberler.com” saytına istinadla xəbər verir ki, həmin meyvəyə “Cənnət - Cəhənnəm” də deyilir. “Cəhənnəm” deyilməsinin səbəbi qabığının həddindən artıq pis qoxu verməsidir. Buna görə də İndoneziyada durian ilə otellərə daxil olmaq qadağandır. Sinqapurda əlinizdə və ya torbanızda həmin bitkidən olarsa, metroya, taksiyə və yaxud avtobusa minə bilməzsiniz. Hətta həmin meyvənin ölkə xaricinə çıxarılması da qadağandır.
“Cənnət” deyilməsinin səbəbi isə meyvəsinin çox ləzzətli olmasıdır. Durian Şimali Sumatra, İndoneziyada kimi bəzi ölkələrdə plov ilə birlikdə yeyilir. Ondan dondurma, hətta şəkər də hazırlanır. Buna görə də durianı bəzən “meyvələrin kralı” adlandırırlar.
Qalın qabığına baxmayaraq, durian yaydığı pis qoxu səbəbindən ictimai nəqliyyat vasitələrində qadağan edilən, amma insanların yeməkdən imtina edə bilmədiyi meyvədir.
Bu meyvə xalq arasında “təbiətin yuxu həbi” kimi də tanınır. Səbəbi isə yedikdən sonra insan bədənində serotoninin və melatoninin, yəni, “xoşbəxtlik” və “yuxu” hormonlarının ifraz olunmasıdır.
Əllə tutmaq çətin olsa da, bıçaqla çox asan soyula bilir və içi bir çox meyvədən daha yumşaqdır.
Otuz ayrı növə sahib durianın yalnız 9 növü yeməlidir.
Ət və xəmir yeməklərində ən çox istifadə edilən meyvələrdən biridir.
Durianı “meyvələrin kralı” edən xüsusiyyətlər aşağıdakılardır:
Tərkibində qan hüceyrələrinin istehsalı üçün orqanizmdə tələb olunan mis kifayət qədərdir.
Tərkibi kalium, yüksək miqdarda antioksidant və C vitamini, B vitamininin kompleks qrupları (B5 vitamini, B6 vitamini, B1 vitamini) ilə çox zəngindir. Bədənin müqavimətini artırır.
Qan təzyiqini tənzimləyən köməkçi hüceyrələr üçün elektrolit xüsusiyyətinə malikdir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.07.2018
“Skype”da danışıqları yadda saxlamaq mümkün olacaq
17.07.2018
Robot bağban otaq bitkilərinə qulluq etməkdə kömək edir
17.07.2018
Ağcaqanaddan qurtulmağın faydalı üsulu
16.07.2018
“Chrome” brauzerinin məhsuldarlığı aşağı düşəcək
15.07.2018
Varşavada böyük piton ilanın axtarışı müvəqqəti dayandırılıb

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9642

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Təxribatçıların çağırışlarına inanmayın”
4 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival
5 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info