Ağsuda baramaçılığın inkişafı ilə əlaqədar xüsusi komissiya yaradılıb
Tarix: 18.08.2017 | Saat: 12:09:00 | E-mail | Çapa göndər


Ağsu rayonunda vaxtilə aqrar sektorun ənənəvi sahələrindən olan baramaçılığın inkişafı ilə əlaqədar xüsusi komissiya yaradılıb.
Rayon İcra Hakimiyyətindən bildirilib ki, Prezident İlham Əliyevin sədrliyi ilə avqustun 4-də Qaxda keçirilən müşavirənin yekunları, müşavirədə ölkə başçısının nitqində tütünçülüyün, fındıqçılığın, o cümlədən baramaçılığın inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələr Ağsuda da bu sahədə işlərə güclü təkan verib. Qax müşavirəsinin yekunları ilə bağlı rayonda keçirilən yığıncaqda baramaçılığın inkişafı sahəsində mövcud potensialın araşdırılması, xüsusilə zəruri olan möhkəm yem bazasının yaradılması, peşəkar kümçülərin dəqiqləşdirilməsi və baramaqurdu bəsləniləcək tikililərdə vəziyyətin araşdırılması məqsədilə xüsusi komissiya yaradılıb. Komissiya üzvləri Çindən gətirilən və bölgü ilə rayona verilərək əkilən 30 min ting bağlarında vəziyyəti öyrənib. Onların rəyi ilə bağlar təkrar suvarılıb. Növbəti ildə daha 30 min tingin əkini üçün sahələr dəqiqləşdirilib. Rayonda gələn il 160-170 nəfərin baramaçılıqla məşğul olacağı müəyyənləşdirilib və hazırda həmin ailələrdə mövcud şərait öyrənilir.
Komissiyanın rəyinə görə, 2018-ci ildə rayonda 11 ton barama tədarükü üçün lazımi imkanlar mövcuddur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.07.2018
Gəncə hadisələri ilə bağlı daha bir neçə şəxs saxlanılıb
16.07.2018
Mübariz Qurbanlı: “Gəncədə terror törədənlər xarici dairələr tərəfindən ələ alınaraq istifadə edilib“
16.07.2018
Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
16.07.2018
Bilik Fondunun Himayəçilik Şurasının üzvləri təyin edilib
16.07.2018
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9633

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 “Təxribatçıların çağırışlarına inanmayın”
4 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib
5 “Kim bizə qarşı çirkin niyyətlərlə hərəkət edirsə, bu niyyətlərinin qurbanı olur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info