SOCAR-ın Tullantı Mərkəzindən 676,5 kubmetr çirkab suları daşınıb
Tarix: 18.08.2017 | Saat: 12:28:00 | E-mail | Çapa göndər
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin nəqliyyat sexi cari ilin ikinci rübündə SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzindən 676,5 kubmetr axıntı çirkab suları daşıyıb.
QSC-dən bildirilib ki, rüb ərzində nəqliyyat sexi tərəfindən təmin edilmiş nəqliyyat vasitələri və xüsusi təyinatlı texnikalar ilə SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzindən 676,5 kubmetr axıntı çirkab sularının və Ekologiya İdarəsinin laboratoriyasında formalaşan 10 kubmetr neftli-kimyəvi tərkibli suyun daşınması işləri həyata keçirilib. “Suraxanı OYL Opereyşn Kompani S.A” şirkətinin mədən ərazilərindən 5 min 372 kubmetr , “Azərbaycan Xəzər Dəniz Gəmiçilik” Dəniz Neft Donanma İdarəsinin ərazisindən 1419 kubmetr, Bibiheybət Gəmi Təmiri zavodundan 202 kubmetr mədən axıntı suları daşınıb. Həmçinin su daşıyan nəqliyyat vasitəsilə QSC-nin torpaqların rekultivasiyası departamentinin (TRD) xidmət göstərdiyi A-4 (Zığ sahəsi) yaşıllıqların suvarılmasına 240 kubmetr, tullantıların emalı departamentinin (TED) Dübəndi sahəsinə 30 kubmetr, 6-cı sahəsinə isə 80 kubmetr su daşınıb.
TRD-in 1-ci sahəsi üzrə yaşıllıqların suvarılmasına 145 kubmetr su, 12 kubmetr peyin, 1200 ədəd ağac və müxtəlif növ bəzək kolları daşınıb. Departamentin 2-ci sahəsi üzrə 840 kubmetr çirkab su sahədən çəkilib, 40 kvadratmetr sahə hamarlanıb, 20 kubmetr müxtəlif tərkibli tullantılar sahədən kənarlaşdırılıb.
Avtomobillər vasitəsilə TRD-nin və TED-in istehsalat sahələrinə, Tullantı Mərkəzinə davamlı mal-materiallar, istehsalat avadanlıqları daşınıb. Eləcə də TED-in 4-cü, 5-ci və 6-cı sahələrində (Heydər Əliyev adına NEZ-in 9-cu sahəsi) “Alfa Laval” şirkətinin dekanter qurğularının fəaliyyəti nəticəsində formalaşan torpaqlar yükləyici vasitəsilə, özüboşaldan nəqliyyatlara yüklənərək xüsusi ərazilərə daşınıb. “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi bütün sahələr üzrə nəqliyyat və xüsusi texnikalar tələbata uyğun təmin edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2018
Ötən il qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 milyon dollar olub
18.01.2018
Dünyanın ən böyük üçüncü ixrac sektoru turizmdir
18.01.2018
Azərbaycan avtomobil şinləri istehsalına başlaya bilər
18.01.2018
Yol hərəkəti qaydalarını kobud şəkildə pozan avtobus sürücüsü işdən azad edilib
18.01.2018
Dünya İqtisadi Forumuna 70 ölkənin dövlət başçısı və Baş naziri qatılacaq

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8203

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
3 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info