Dünya Skaut Komitəsinin yeni sədri və sədr müavinləri seçilib
Tarix: 18.08.2017 | Saat: 12:58:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransının sonuncu günündə - avqustun 18-də Dünya Skaut Komitəsinin sədri və sədr müavinləri vəzifələrinə seçkilər keçirilib.
Ötən gün Dünya Skaut Komitəsinin yeni seçilmiş 12 üzvünün gizli səsverməsi nəticəsində təşkilatın yeni sədri Böyük Britaniya nümayəndəsi Qreq Turpi seçilib. Sədrin müavinləri vəzifəsinə isə ABŞ nümayəndəsi Edvard Endryu Çapman və Qana nümayəndəsi Cemima Narti seçiliblər.
Tədbirdə dünyada skaut hərəkatında öz töhfəsini vermiş 11 nəfərə “Bürünc canavar mükafatı” (“Bronze Wolf Award”) mükafatı təqdim olunub.
Daha sonra 8 skaut təşkilatının və assosiasiyasının rəhbərlərinə 2014-2017-ci illərdə milli skaut hərəkatının 100 illik yubileyini qeyd etmiş ölkələrin nümayəndələrinə diplomlar verilib.
Qeyd edək ki, “Bürünc canavar mükafatı” Britaniyalı lord Baden Pauell tərəfindən təsis olunub. Mükafatın məhz bürünc canavar olması rəmzi xarakter daşıyır. Lord Baden Pauellin fikrincə, əgər canavar qızıl olsa insanlar maddi tərəfi düşünəcək, burada isə əsas gördüyün işlərin mənəvi tərəfidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.07.2018
Özbəkistanda çap edilmiş Azərbaycan ədəbiyyatı nümunələrinin təqdimatı olub
16.07.2018
Gəncə hadisələrinin mediada işıqlandırılması müzakirə edilib
16.07.2018
Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini təyin olunub
16.07.2018
Türkiyə Jandarma Akademiyasına qəbul olmaq imkanı
16.07.2018
BANM-in məzunları Karbamid zavodunda işə başlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9633

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 “Təxribatçıların çağırışlarına inanmayın”
4 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib
5 “Kim bizə qarşı çirkin niyyətlərlə hərəkət edirsə, bu niyyətlərinin qurbanı olur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info