İxtiraçılar saqqızı diaqnostik testə çeviriblər
Tarix: 18.08.2017 | Saat: 13:28:00 | E-mail | Çapa göndər
Alman alimləri ağız boşluğunda iltihabı diaqnozlaşdıra bilən unikal saqqız yaradıblar.
Milli.Az bildirir ki, statistik məlumatlara görə, insanların 1 faizdən 5 faizə qədəri bu cür iltihab halları ilə üzləşir. Saqqız formasında sürətli və rahat test belə iltihab hallarını ev şəraitində aşkar etməyə imkan verir.
Bu saqqızın "sirri" onun tərkibindəki xüsusi maddə ilə bağlıdır: həmin maddə iltihab prosesləri zamanı ağızda yaranan fermentlərə reaksiya verir. Bu, diş plantatları olan insanlar üçün xüsusilə aktualdır, çünki belə insanlarda ağız boşluğunun iltihabı uzun müddət özünü göstərməyə bilər. Həkimlər xəbərdarlıq edirlər: vaxtında aşkar edilməyən iltihab prosesi yumşaq toxumaların və sümüyün dağılmasına gətirib çıxara bilər.
Yeri gəlmişkən, adi saqqız qarın boşluğunda əməliyyat aparılmış pasiyentlərin həyatını real surətdə dəyişə bilər. Məsələn, Kesar kəsiyi əməliyyatı aparılmış qadınların belə əməliyyatdan sonra hər gün saqqız çeynəməsi tövsiyə edilir.
Amerikalı həkimlər müəyyən ediblər ki, gündə 3 dəfə, hər dəfə 30 dəqiqə saqqız çeynəməklə mədə-bağırsaq traktının normal işini bərpa etmək olar. Həkimlər belə hesab edirlər ki, bağırsaqları işləməyə "məcbur etmək" üçün əməliyyatdan sonra qida qəbul etmək zəruridir. Saqqız mədə-bağırsaq traktına siqnallar göndərməklə qida qəbulu imitasiyası yaradır.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.01.2018
Duz bağırsaq florasını məhv edir
18.01.2018
Si Tszinpinin hədiyyə etdiyi pandalar Finlandiyaya gətirilib
18.01.2018
Robot sərgisində 200-dən çox şirkət iştirak edir
18.01.2018
Qarajdan düzəldilən komfortlu ev
17.01.2018
“WhatsApp” şübhəli mesajları qadağan edəcək

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8203

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
3 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info