“Gəncə Marafonu-2017” üçün qeydiyyat davam edir
Tarix: 18.08.2017 | Saat: 14:23:00 | E-mail | Çapa göndər
Sentyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Gəncə Marafonu-2017” üçün qeydiyyat davam edir. Qeydiyyat “Azercell Telekom”un Gəncə şəhərindəki ofisində, Gəncə "ASAN xidmət" mərkəzində, şəhərdə fəaliyyət göstərən universitetlərdə və Gənclər Evində aparılır.
Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov bildirib ki, tələbələrin böyük marağına səbəb olan marafonda iştirak üçün universitetlərindən 3 gün ərzində 307 nəfər tələbə qeydiyyatdan keçib.
“Azərbaycanın çoxminillik tarixə malik Nizami yurdu “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında regionlar arasında marafona ev sahibliyi edəcək ilk şəhər olacaq. Həmçinin layihə regionlarda idmanın inkişafına dəstək, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyır. Ona görə də istər Gəncədə yaşayan, istərsə də bu şəhərdəki ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan hər bir gənc Gəncə şəhərində keçirilən və insanlar arasında ali ideyaları təbliğ edən marafonda iştirak edib həmin xoş günün bir hissəsi olmaq istəyir”, - deyə Orxan Məmmədov qeyd edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2017
“II Avropa Oyunlarında Azərbaycanın kadr potensialından da yararlanmaq mümkündür”
22.09.2017
“ASAN xidmət“in yaradılması korrupsiyanı sıfıra endirib“
22.09.2017
“Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Laçında 1500 nəfər işlə təmin olunub”
22.09.2017
Qəbul imtahanında hansı dəyişikliklər olacaq?
22.09.2017
ADTGT erkən nikahlarla bağlı regionlarda yeni layihənin icrasına başladı

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7346

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
5 Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
22.09 20:10 Badamlı peçenye
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info