Müəllimlərin işə qəbulunda hansı ixtisaslarda daha çox rəqabət var
Tarix: 18.08.2017 | Saat: 14:23:00 | E-mail | Çapa göndər
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə bir sıra ixtisaslar üzrə güclü rəqabət mühiti formalaşıb. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, ingilis dili, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat üzrə namizədlərin sayı çox, nəticələri daha yüksək olduğundan vakansiya seçimi mərhələsində çox bal yığanlar yer tutmaq hüququ əldə edib. 
Onun sözlərinə görə, fiziki tərbiyə, musiqi və təsviri incəsənət müəllimliyi ixtisaslarını seçənlərin praktik bacarıqlarının qiymətləndirilməsi də başa çatıb: “Onlar eyni zamanda müsahibədə də iştirak ediblər. Bu il ilk dəfə olaraq musiqi, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə müsahibə mərhələsi vakansiya seçimindən əvvəl həyata keçirilib. Avqustun 11-dən etibarən start verilən bu mərhələdə fiziki tərbiyə müəllimləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, musiqi ixtisası üzrə Mədəniyyət və İncəsənət Universitetində, təsviri incəsənət müəllimləri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında praktik bacarıqlarını nümayiş etdirib və müsahibədən keçiblər. Yalnız bu üç ixtisas üzrə vakansiya və müsahibə mərhələsinin yeri dəyişdirilib. Bu gündən həmin ixtisaslar üzrə namizədlər vakant yerlərin seçiminə başlayacaq. Proses bazar günü gecə saatlarınadək davam edəcək”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.11.2017
Milli Qəhrəmanın xatirəsi anılıb
24.11.2017
Milli Kitabxanada Gülhüseyn Kazımlının kitabı təqdim olunub
24.11.2017
 Həsən Mirzəyevin anadan olmasının 90 illiyi qeyd edilib
24.11.2017
AGAT gənclərə bizneslə bağlı seminar keçəcək
24.11.2017
“Mehriban Əliyeva Çin ilə ikitərəfli əməkdaşlığa xüsusi önəm verir”

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7765

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 Bakı Atatürk Liseyində Turan Yazqanın xatirəsinə həsr olunmuş tədbir keçirilib
3 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
4 Azərbaycanda multikulturalizm modeli
5 Xeyirxahlığından həzz alan insan
24.11 12:24 Sənə doğru
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info