Neft Daşlarında çalışanların sosial-məişət şəraiti yaxşılaşdırılır
Tarix: 18.08.2017 | Saat: 15:03:00 | E-mail | Çapa göndər
Bu ilin birinci yarısında neft sənayesində çalışanların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. “Neft Daşları” Neft-Qaz Çıxarma İdarəsinin yataqxana korpusları, çay evi, helikopter meydançasında, qəsəbə və parkların ərazisində təmizlik və suvarma işləri aparılıb, ağaclar budanıb. 1 nömrəli NQÇS-ə lazım olan zəruri əşyalar verilib, ərazidə olan Qaz-Kompressor Stansiyasının operatorlarının vaqon evciyin mətbəx otağına və 2387 nömrəli özüldə mətbəx evciyə yeni su xətləri çəkilib. Bununla yanaşı, 2 nömrəli NQÇS də ehtiyac duyular əşyalarla təmin edilib.
Pirallahı Rayon İcra Hakimiyyətindən bildiriblər ki, ötən dövrdə 3 nömrəli NQÇS-ə 7 soyuducu, 1077 nömrəli meydançaya yeni yaşayış bloku verilib və bloka yeni su xətləri çəkilib. 1145 saylı meydançanın qəzalı hissəsindən 5 yaşayış evciyi və 1 su çəni götürülərək meydançanın təyin olunmuş hissəsinə köçürülüb. 4 və 5 nömrəli NQÇS-lərdə də mühüm işlər görülüb.
Neft Daşları ərazisində dezinfeksiya, dezinseksiya və deratizasiya işləri görülüb. 1-ci və 2-ci “Əks-Osmos” qurğularında gündəlik tələbata uyğun İES-da qızdırılıb və yataqxana korpuslarına fasiləsiz isti su ilə təmin edilib. İşçilərin dəniz və hava nəqliyyatı vasitələri ilə daşınması, içməli suyun və ərzaq məhsullarının gətirilməsi təşkil edilib.
Dəniz neftçilərinin normal qidalanması üçün hazırda Neft Daşlarında 4 yeməkxana fəaliyyət göstərir. Neft Daşlarına un və ərzaq məhsulları Pirallahı adasından gəmilər vasitəsi ilə göndərilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2018
73 nəfər 20 Yanvar əlilinə və 20 Yanvar şəhidi ailəsinə mənzil, 84 nəfər 20 Yanvar əlilinə minik avtomobili verilib
18.01.2018
Ötən il Azərbaycanda 24 mindən çox insanı it dişləyib
18.01.2018
Gənclər arasında milli-dini dözümlülüyün təbliğinə dair proqramın icrasına start verilib
18.01.2018
Ötən il ictimai iaşə dövriyyəsi 3 faizdən çox artıb
17.01.2018
Əmək hüquqlarına dair növbəti maarifləndirmə seminarı

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8203

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
3 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info