Aşıqlar Birliyində çinli alimlə görüş
Tarix: 18.08.2017 | Saat: 15:11:00 | E-mail | Çapa göndər
Çin Xalq Respublikasının Etnik Ədəbiyyat İnstitutunun professoru Xuan Gün Şan Azərbaycan Aşıqlar Birliyində (AAB) olub.
AAB-nin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu AZƏRTAC-a bildirib ki, türk xalqlarının qədim ədəbiyyatı və mədəniyyəti sahəsində tədqiqatlar aparan alimin bu görüşdə məqsədi Azərbaycan aşıq sənəti ilə daha yaxından tanışlıq olub.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı çinli alimə Azərbaycan aşıq sənətinin dünəni və bu günü, bu sənətə dövlətin qayğısı, onun inkişafı və beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib.
Sədr günümüzün ustad aşıqlarından və Aşıqlar Birliyinin həyata keçirdiyi tədbirlərdən söhbət açıb, qonağı maraqlandıran suallara cavab verib. M.Qasımlı, eyni zamanda, çinli alimə AAB-nin nəşri olan “Günümüzün ustad aşıqları” seriyasından kitablar və “Folklor və etnoqrafiya” jurnalının son saylarını, Aşıq Şəmşirin lent yazılarından ibarət diski hədiyyə edib.
Sonra qonaq aşıqların ifasında müxtəlif aşıq havalarını canlı olaraq dinləyib, onların ifasını videolentə köçürüb, onlardan müsahibələr götürüb.
Görüşdə AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədov, BDU-nun professoru Vaqif Sultanlı və Çin Konfusli Mərkəzinin Bakıdakı təmsilçiliyinin nümayəndələri də iştirak ediblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2017
Bakıda V Bakı Beynəlxalq Kitab Sərgi–Yarmarkası keçiriləcək
20.09.2017
“Əli və Nino” filmi Dubayda nümayiş etdirilib
18.09.2017
Şəhriyarın “Biblioqrafik göstərici”si təqdim olunub
18.09.2017
“Xocalı soyqırımı” sənədli filmi Stokholmda təqdim olunub
18.09.2017
Mirzə Kazımbəyin məşhur əsəri dilimizə tərcümə edilib

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7320

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Prezident təqaüdü alacaq tələbələrin adları məlum oldu
3 “Dünya azərbaycanlılarının palitrası” kitabının Daşkənddə təqdimatı keçirildi
4 “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimi keçirilib
5 Azərbaycanlı güləşçi Özbəkistanda çempion olub
20.09 12:51 Neft bahalaşır
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info