Balakən “ABAD”çılarının məhsulları satışa çıxarılıb
Tarix: 18.08.2017 | Saat: 15:31:00 | E-mail | Çapa göndər
Bu gün Balakən rayonunda “ABAD” tərəfindən dəstəklənən ailə təsərrüfatlarının məhsulları paytaxt Bakı şəhərində satışa çıxarılıb.
 
“ABAD”dan verilən məlumata görə, təqdim olunan cem və mürəbbə məhsulları beş “ABAD”çı ailə tərəfindən hazırlanıb. Məhsullar “ABAD” tərəfindən ailələr üçün yaradılmış brend adı və uyğun dizayn altında təqdim olunur.
 
İlkin mərhələdə məhsulları satışa çıxarılmış ailə brendləri aşağıdakılardır: “Balməkan” (Bazarovların ailə təsərrüfatı), “Dənə-dənə” (Bağırovların ailə təsərrüfatı), “Yay səbəti” (Əliyevlərin ailə təsərrüfatı), “Bağımızın bəhrəsi” (İbrahimovların ailə təsərrüfatı), “Budaqdan” (Xəlilovların ailə təsərrüfatı).
 
Bu məhsullar “ABAD” tərəfindən verilmiş texnoloji avadanlıqlardan istifadə etməklə ailə təsərrüfatlarında hazırlanıb. “ABAD”çı ailələrin tərkibində heç bir qatqı olmayan tam təbii məhsulları özünəməxsus dadı ilə fərqlənir. Ailələr mürəbbə və cemlərin hazırlanmasında bağlarından topladığı meyvələrdən istifadə edirlər. Bundan başqa, məhsullar müvafiq uyğunluq və gigiyena sertifikatlaşdırmasından keçiblər.
 
Beş “ABAD”çı ailənin cem və mürəbbə məhsulları hazırda “İçərişəhər”də və Heydər Əliyev Beynəlxalq Hava Limanının “Duty Free” zonasında yerləşən “ABAD” mərkəzlərində satışa çıxarılıb.
 
Qarşıdakı müddətdə “ABAD”çı ailə təsərrüfatlarının məhsulları böyük supermarketlər şəbəkələrində satışa çıxarılacaq. Bundan başqa, tezliklə “ABAD”çı ailələr tərəfindən hazırlanmış ət və süd məhsulları, yeni cem və mürəbbə brendləri istehlakçılara təqdim olunacaq.
 
Qeyd edək ki, “ABAD” publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 23 sentyabr 2016-cı ildə yaradılıb. Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verərək, sosialyönümlü layihələrin həyata keçirilməsidir. “ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir.
 
Xatırladaq ki, ilkin mərhələdə “ABAD” pilot layihə olaraq, Masallı rayonunda fəaliyyətə başlayıb. 21 oktyabr 2016-cı il tarixdə “ABAD” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında imzalanmış Əməkdaşlıq memorandumuna əsasən, ailə biznesinə asan dəstək konsepsiyasının həyata keçiriləcəyi ikinci pilot region kimi Balakən rayonu seçilib.
 
3 avqust 2017-cı il tarixdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Balakəndə regional “ABAD” mərkəzinin inzibatı binasının açılışı baş tutub.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2017
Əhalinin təmiz su ilə təminatı yaxşılaşdırılıb
20.09.2017
Yaşıllaşmış kartof zərərlidirmi?
20.09.2017
Ampeloterapiya üzümlə aparılan müalicə formasıdır
20.09.2017
Bakıda “Caspian Energy Transport Forum”u keçirilir
20.09.2017
BMT baş qərargahında ümumi müzakirələrin açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7320

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Prezident təqaüdü alacaq tələbələrin adları məlum oldu
3 “Dünya azərbaycanlılarının palitrası” kitabının Daşkənddə təqdimatı keçirildi
4 “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimi keçirilib
5 Azərbaycanlı güləşçi Özbəkistanda çempion olub
20.09 12:51 Neft bahalaşır
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info