ƏƏSMN-in sosial xidmət müəssisələrində 1106 nəfər daimi dövlət təminatında yaşayır
Tarix: 18.08.2017 | Saat: 15:58:00 | E-mail | Çapa göndər
Cari ildə bu müəssisələrdən 31 nəfər şəxs doğma ailələrinə qayıdıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində hazırda 1106 nəfər şəxs daimi dövlət təminatında yaşamaqla, stasionar şəraitdə sosial xidmətlərlə təmin olunurlar.
Həmin insanlardan 776 nəfəri 18 yaşdan yuxarı şəxslərdir. Onlardan 230 nəfər tənha ahıl və əlilliyi olan vətəndaş Bakının Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatda, qalanları isə ruhi-əsəb əlilləri olmaqla nazirliyin psixonevroloji sosial xidmət müəssisələrində yaşayırlar. Nazirliyin Bakının Şağan qəsəbəsindəki 1 saylı və Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində isə 330 nəfər uşaq stasionar şəraitdə sosial xidmətlərlə təmin edilirlər.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq son illərdə sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılmaqla, onlarda təminat səviyyəsi daha da yaxşılaşdırılıb. Eyni zamanda Müharibə və əmək əlilləri üçün pansionatda əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, Pansionat üçün yeni korpus inşa olunaraq istifadəyə verilib. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində uşaqların yaşayışı, reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunmaları üçün nümunəvi şərait yaradılıb.
Qeyd olunanlarla bərabər, sosial xidmət müəssisələrindəki şəxslərin doğma ailə mühitinə qayıtmaları üçün de-institusionalizasiya tədbirləri də davam etdirilir. Bu sahədə aparılan işlər nəticəsində cari ilin ötən dövründə həmin müəssisələrdən 31 nəfər şəxs doğma ailələrinə qayıdıb. Onlardan 18 nəfəri sağlamlıq imkanları məhdud uşaqlar olub.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2017
“Bakcell” biznes qurmaq istəyən gənclərə maliyyə ayırıb
17.11.2017
“Bakcell” biznes qurmaq istəyən gənclərə maliyyə ayırıb
17.11.2017
“Azəravtoyol” ASC-də YAP-ın 25 illiyi qeyd olunub
17.11.2017
Yevlaxda sakinlərə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub
17.11.2017
Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7719

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 İşə qəbul üzrə növbəti müsabiqə  
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info