“Türk axını” qaz boru kəmərinin 19 faizi tikilib
Tarix: 18.08.2017 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


“Rusiya təbii qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Türk axını” qaz boru kəmərinin (Turkish Stream) 170 kilometrinin tikintisi başa çatıb”. Bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O bildirib ki, təbii qaz kəmərinin təxminən 19 faizi inşa edilib. “Layihə Türkiyə və Avropa İttifaqı üçün enerji təhlükəsizliyinin artırılmasına yönəlib. Qaz kəmərinin sualtı hissəsinin inşası Rusiyanın Qara dəniz sahilində may ayında başlayıb. Boru kəmərinin 170 kilometrdən çoxu artıq tamamlanıb. Qeyd edək ki, “Türk axını” layihəsi Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 910 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti türk bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Hər bir xəttin illik ötürücülük gücü 15,75 milyard kubmetrdir. Layihənin ümumi dəyəri 11,4 milyard avro həcmində qiymətləndirilir.




 
Bölməyə aid digər xəbərlər
16.07.2018
“NATO sammitində qəbul olunan qərar ölkəmizin diplomatik uğurudur“
16.07.2018
Terrorun media ayaqları...
16.07.2018
“Məqsəd sabitliyi pozmaq idi”
16.07.2018
Türkiyə səfiri: “Azərbaycanda da dini bəhanə edərək terror törətməyə çalışan xainlər var”
14.07.2018
“Gəncədə xaricdən idarə olunan azsaylı radikal dini qrup var“

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9633

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 “Təxribatçıların çağırışlarına inanmayın”
4 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib
5 “Kim bizə qarşı çirkin niyyətlərlə hərəkət edirsə, bu niyyətlərinin qurbanı olur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info