XİN rəhbərlərinin BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşü nə vəd edir?
Tarix: 18.08.2017 | Saat: 19:38:00 | E-mail | Çapa göndər
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əsas gözlənti Ermənistan və Azərbaycan XİN rəhbərlərinin bu ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində görüşündəndir. Xatırladaq ki, bu görüş barədə təklif ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan XİN rəhbərlərinin iyulun 11-də Brüsseldə keçirilmiş görüşü zamanı təklif edilmişdi. Həmsədrlər ilin sonunda prezidentlər arasında yüksək səviyyəli görüşün təşkili üçün də öz köməklərini təklif etmişdilər.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib ki, ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün münaqişə tərəfləri ilə işə sadiqdir. O qeyd edib ki, ərazilərin geri qaytarılması, azərbaycanlı qaçqın və məcbur köçkünlərin öz torpaqlarına qayıtması, güc tətbiq edilməməsi və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələləri hərtərəfli həll prosesinin vacib tərkib hissələridir və tərəflər bunları müzakirə etməlidirlər: “Məhz buna görə də ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə çalışırıq ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü tez bir zamanda təşkil edək. Mən xatırlatmaq istərdim ki, həmsədrlər vasitəçidir. Biz tərəfləri yekun qərar qəbul etməyə məcbur edə bilmərik”. R.Hoqland onu da bildirib ki, yaxın həftələrdə və aylarda diplomatik fəaliyyətin genişlənəcəyi müddətdə həmsədrlər danışıqların yüksək səviyyədə təmin olunması üçün bir sıra bəyanatlar verəcək.

Ermənistan və erməni lobbisinin növbəti təxribatı
Riçard Hoqlandın son bəyanatlarını şərh edən “BakuNetwork” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində humanitar məsələlərlə daha çox məşğul olmalıdırlar: “R.Hoqlandın son açıqlamaları daha müsbət xarakter daşıyır. Açıqlamalarından birində o deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində əsas məsələlərdən biri azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmasıdır. Əslində, bu, yenilik deyil, çünki azərbaycanlı məcburi köçkünlər Qarabağa qayıdır və Cocuq Mərcanlı sakinlərinin öz torpaqlarına qayıtması bunun bariz nümunəsidir”.
Amerikalı həmsədrin vurğuladığı güc tətbiq edilməməsi məsələsinə gəldikdə, E.Ələsgərov deyib ki, qaçqınların qayıtmasından sonra bu məsələ aktuallaşacaq: “Münaqişənin həlli prosesində kompomislərdən söhbət gedərkən, qeyd etmək lazımdır ki, Azərbaycan tərəfindən ən böyük kompromis Dağlıq Qarabağ ermənilərinə muxtariyyət verilməsi məsələsidir. Azərbaycan yüksək dərəcəli muxtariyyət verməyə hazırdır”.
R.Hoqlandın açıqlamasında qoşunların qarşıdurma xəttində nəzarət sistemlərinin yerləşdirilməsinin və snayperlərin çəkilməsinin vacibliyi qeyd olunur. Ekspertin fikrincə, bu, insidentlərin sayının azalmasına gətirib çıxarmayacaq.
O vurğulayıb ki, snayperlərin qoşunların qarşıdurma xəttindən çəkilməsi problemin həll yolu deyil: “Çünki erməni əsgərlərin qeyri-döyüş şəraitində ölməsi halları snayper atəşindən ölməsi hallarından qat-qat çoxdur. Amma onlar bütün qurbanları münaqişənin adına yazır. Həqiqətdə isə Ermənistan ordusunda intihar faktları həddən artıqdır. Bu problemi həll etmək üçün ilk növbədə həyat üçün əsas təhlükə mənbəyi olan ön postları yığışdırmaq lazımdır”.
Münaqişənin həlli prosesində etimadın təmin olunmasından danışarkən E.Ələsgərov bildirib ki, bu, mücərrəd anlayışdır və geniş məna daşıyır: “Etimad mövzusuna rusiyalı ekspertlər də toxunur və qeyd edir ki, Azərbaycan Ermənistanla etimad elementlərini təmin etməlidir. Amma məsələ ondadır ki, həmsədr ölkələr öz aralarında etimad yarada bilmir. Nə ABŞ Rusiya ərazisinin 20 faizini işğal edib, nə də Rusiya ABŞ ərazisini. Amma bu ölkələr arasında etimad elementi yoxdur. ABŞ-ın Rusiyaya qarşı sanksiyaları etimadın olmamasına işarə edir”.
Artıq iki ölkə xarici işlər nazirləri BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində görüşməyə razılıq veriblər. Maraqlıdır ki, bu məsələdə də Ermənistan və erməni lobbisi Azərbaycana qarşı informasiya müharibəsindətəxribat yaratmağa çalışır.

“Danışıqlar keçiriləndə prezidentlərin görüşünün təşkil edilməsi də mümkün olacaq”

XİN rəhbərlərinin görüşünün detalları ilə bağlı Ermənistan XİN rəhbərinin müavini Şavarş Koçaryan “News.am”a açıqlama verib. O deyib ki, prezidentlərin görüşü Ermənistan və Azərbaycan XİN rəhbərlərinin danışıqlarının gündəliyində ola bilər. O bildirib ki, ilk növbədə XİN rəhbərləri prezidentlərin görüşü ilə bağlı bəzi razılaşmaların əldə edilməsi üçün işləməlidir. Koçaryan XİN rəhbərlərinin görüşünün nəzərdə tutulduğunu bildirib: “Danışıqlar keçiriləndə prezidentlərin görüşünün təşkil edilməsi də mümkün olacaq”.
Dağlıq Qarabağ münaqişəsi, eləcə də prezidentlərin görüşü ilə bağlı daha bir maraqlı yanaşmanı politoloq Mübariz Əhmədoğlu bildirib: “Dağlıq Qarabağ, Ukrayna və Dnestryanı bölgədə Avropasayağı, sivil formada qayda yaratmaq lazımdır. ATƏT Avropa regionunda Belarusa təhlükəsizlik donoru kimi yanaşa bilər. Belarus prezidenti, ATƏT PA-nın rəhbərliyi ilə Minskdə görüşərkən bu bəyanatı verdi”. O qeyd edib ki, bir az öncə AİB -in iclasında A.Lukaşenko “Biz Qarabağda, Dnestryanı bölgədə və Ukraynada bu problemləri həll edə bilərik. Bunlar bizim problemlərdir. Biz onları xarici “polit bürolarsız” və müdaxilələrsiz həll etməliyik” tezisini ortalığa qoydu.
Politoloq vurğulayıb ki, təxminən eyni vaxtda A.Lukaşenko “Biz MDB məkanında Dağlıq Qarabağ və Dnestryanı problemlərini həll etməliyik, amma bunu etmirik. Amma ona görə yox ki, etmək olmaz, ona görə ki, müxtəlif maraqlar var. Problemi isə həll etmək lazımdır. Bəyəm, Dağlıq Qarabağda əhali daimi müəyyən hərbi problemlərə məruz qalır. Bəyəm, bu yaxşı yaşamaqdır... Bu normaldır? Bu normal deyil!” açıqlamasını verdi.
M. Əhmədoğlu əlavə edib ki, Dağlıq Qarabağ tənzimlənməsi üçün Azərbaycan və Ermənistan prezidentlərinin vasitəçilərsiz görüşünü təklif edən də A. Lukaşenkodur: “Onun fikrincə, bu münaqişənin tənzimlənməsində heç bir başqa dövlət zamin olmamalıdır. Belarus prezidentinin irəli sürdüyü təklif Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həqiqi maraqlı olanların tələbinə cavab verir. Ona görə bu təklif Azərbaycanın maraqlarına uyğundur. Ermənistan isə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalmasında maraqlıdır”.
O əlavə edib ki, A.Lukaşenko Dağlıq Qarabağ tənzimlənməsi mövzusunu həm MDB və həm də Avropa müstəvisində aktuallaşdıran çox azsaylı liderlərdəndir: “Onun bu tənzimləməyə yanaşması orijinaldır və bu yanaşmaya çoxkomponentlik xasdır. ATƏT MQ həmsədr ölkə prezidentləri heç vaxt buna bənzər yanaşma ortalığa qoymayıblar. A.Lukaşenkonun Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək məqsədi ilə Minsk konfransının çağırılmasını sürətləndirmək istiqamətində təşəbbüs irəli sürməsi çox faydalı olardı”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.11.2017
Meksika KİV: Deputatların Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri Meksika-Azərbaycan əlaqələrinə zərər yetirir
16.11.2017
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vyanada görüşünün keçirilməsi təklif olunub
15.11.2017
“Ermənistan get-gedə daha artıq dərəcədə vassal dövlətə çevrilir”
14.11.2017
Xocalı soyqırımın bəhs edən kitab İsraildə ingilis dilində çap olunub
13.11.2017
“Reshet Bet” radiostansiyası: “Ermənistanın Azərbaycana qarşı hərəkətləri işğaldır”

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7725

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info