Vahid cəbhə yaradılır: Şimalı Koreyanı məcbur etmək mümkün olacaqmı?
Tarix: 18.08.2017 | Saat: 19:43:00 | E-mail | Çapa göndər
ABŞ Yaponiyada ən müasir hərbi vasitələr yerləşdirməyə davam edəcəyini açıqlayıb
Yaponiya və ABŞ-ın xarici işlər və müdafiə nazirlərinin Vaşinqtonda keçirilən “2+2” formatında görüşündən sonra tərəflər birgə bəyanatla çıxış ediblər. Şimali Koreyanın nüvə və raket proqramlarına xüsusi diqqətin yetirildiyi bəyanatda qeyd edilir ki, Pxenyanın bu proqramları yeni mərhələyə qədəm qoymaqla həm regional, həm də beynəlxalq təhlükəsizlik üçün artmaqda davam edən təhdiddir.
Sənəddə deyilir: “Nazirlər Şimali Koreya tərəfindən təkrarlanan, nüvə və ballistik raket potensialının inkişafına xidmət edən təxribatları kəskin şəkildə pisləyərək qeyd edirlər ki, yeni mərhələyə qədəm qoyan bu addımlar regional və beynəlxalq sülhə və sabitliyə artmaqda davam edən təhdidlərdir. Nazirlər bu təhdidlərin qarşısını almaq və onlara cavab vermək üçün ABŞ-Yaponiya ittifaqının potensialının artırılmasına sadiqdirlər”. Danışıqlar zamanı əldə edilən razılığa əsasən, ABŞ və Yaponiya dünyanın digər ölkələri ilə birlikdə Şimali Koreyaya qarşı təzyiqi artıraraq, onu raket və nüvə proqramlarından imtina etməyə və Koreya yarımadasının tam və qəti şəkildə nüvəsizləşdirilməsi üçün konkret addımlar atmağa məcbur edəcəklər. ABŞ və Yaponiya Çinə müraciət edərək Şimali Koreyaya qarşı qəti qərarlar qəbul etməyə, onu nüvə-raket potensialının yaradılmasına istiqamətlənmiş xətdən imtinaya məcbur etməyə çağırırlar. Bəyanatda, həmçinin qeyd edilir ki, Yaponiya ABŞ ilə hərbi ittifaqda daha əhəmiyyətli rol oynamağa başlayacaq. Sənəddə vurğulanır ki, tərəflər ABŞ-Yaponiya ittifaqının daha da möhkəmlənməsi üçün konkret tədbirlər həyata keçirəcəklər. Yaponiya bu ittifaqda öz rolunu yüksəltməklə müdafiə qabiliyyətini daha da artıracaq. ABŞ isə Yaponiyada ən müasir vasitələrin yerləşdirilməsinə sadiq qalacaq. Sonda bildirilir ki, Tokio və Vaşinqton ikitərəfli hərbi planlaşdırma, hava və raket hücumundan müdafiə, mülki əhalinin təxliyəsi üzrə əməliyyatlar, yeni müdafiə texnologiyalarının hazırlanması və kəşfiyyat kimi sahələrdə də əməkdaşlığı genişləndirəcək və sürətləndirəcəklər. Qeyd edilir ki, görüşdə Yaponiya-Rusiya münasibətləri də müzakirə edilib. Yaponiya tərəfinin yaydığı məlumatda qeyd edilir ki, yapon nazir Taro Kononun Rusiya xarici işlər naziri Lavrovla apardığı müzakirələrə də toxunulub. Tərəflərin ortaq rəyi belə olub ki, çətin beynəlxalq vəziyyətin şərtləri nəzərə alınaraq Yaponiyanın Rusiya ilə danışıqları vacibdir. Yaponiyanın xarici işlər naziri Taro Kano bəyan edib ki, hökumət dənizdə təhlükəsizliyi təmin etmək üçün potensial yaratmaq məqsədilə Hind və Sakit okean hövzələri ölkələrinə 500 milyon dollar miqdarında yardım ayırmağı planlaşdırır. Nazir bəyan edib ki, Yaponiya bu yardımları qarşıdakı üç il ərzində, yəni cari ildən başlayaraq 2019-cu ilədək göstərəcək. Xatırladaq ki, Şimali Koreyanın raket sınaqları ilə bağlı olaraq Yaponiyanın 202 yaşayış məntəqəsində təlimlər keçirilib. Yaponlar raket atışı zamanı əhalini necə evakuasiya edəcəyini, hansı təcili təhlükəsizilk tədbirləri görəcəyini sınaqdan keçirib. İki prefekturada müəyyən texniki problemlər ortaya çıxıb və hazırda araşdırma aparılır. ABŞ-ın müdafiə naziri Ceyms Mettis bəyan edib ki, mümkün raket atışı ilə bağlı Vaşinqton və Tokio vahid cəbhə yaradacaqlar: “Şimali Koreya tərəfindən istənilən təhdidə qarşı effektiv və vahid cəbhədən cavab veriləcək. Vaşinqton və Tokio əgər, lazım olarsa təhlükəsizlik sahəsində istənilən təhlükəni birlikdə məhv edəcək”.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2017
İran yeni ballistik raketini nümayiş etdirib
22.09.2017
Meksikada zəlzələ qurbanlarının sayı 286 nəfərə çatıb
22.09.2017
Madrid Kataloniyaya əlavə polis qüvvələri göndərəcək
21.09.2017
Qərb dünyası seçkilərdə “Facebbok”un rolunu dəyərləndirir
20.09.2017
Dəməşqdə “yeraltı müharibə“

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7346

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
5 Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
22.09 20:10 Badamlı peçenye
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info