“Barselonadakı terror Aİ-nin səhv miqrasiya siyasətinin nəticəsidir”
Tarix: 18.08.2017 | Saat: 19:45:00 | E-mail | Çapa göndər
Polşa müdafiə nazirinin müavini Mixail Dvorçik:
“Ya Avropa dəyişməli, ya da onun gələcəyi böyük sual altında qalacaq”

İspaniyanın Barselona şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb. Bu barədə şəhərin hüquq mühafizə orqanları məlumat yayıb. Terror aktında yaralananların sayı 100-ü keçib. İspaniyanın Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını insanların üzərinə sürüblər.
“RİA Novosti” agentliyi bildirir ki, polisin çevik müdaxiləsi nəticəsində terrorçulardan 4-ü dərhal məhv edilib, daha biri isə yaralanıb. Yaralanan terrorçu bir müddət sonra həyatını itirib. Öldürülən terrorçuların üzərindən kamikadzelərin istifadə etdiyi “şəhid kəmər”ləri aşkarlanıb. Xatırladaq ki, hər iki terror aktına görə məsuliyyəti “İŞİD” qruplaşması öz üzərinə götürüb. İspaniya mətbuatının verdiyi xəbərə görə, hələ iki ay bundan əvvəl yerli kəşfiyyat şəhərin bu hissəsinə terror hücumu ehtimal olması barədə xəbərdarlıq edib. Barselonadakı terror aktı dünya liderləri tərəfindən qınanır. Bununla yanaşı hadisəyə sərt mövqe nümayiş etdirən və bu hadisəni Avropa İttifaqının yanlış siyasətinin yekunu kimi dəyərləndirənlər də var. Məsələn, Polşanın müdafiə nazirinin müavini Mixail Dvorçik terror aktını Avropa İttifaqının səhv miqrasiya siyasəti ilə əlaqələndirib. O, 2015-ci ilin sentyabrında miqrantlarla bağlı qəbul edilən sxemin Çexiya və Macarıstanla yanaşı ölkəsi tərəfindən də boykot edilməsinin doğru olduğunu deyib. Bir daha xatırladaq ki, Avropa İttifaqının tərtib etdiyi sxemə görə, Avropanın bu təşkilata üzv olan 28 ölkəsinin 23-ü öz ərazisində qaçqınlara sığınacaq verməlidir. Lakin Avropa İttifaqının bu qərarı ilə razılaşmayan Polşa, Cexiya və Macarıstan miqrant qəbulundan imtian edib. Onlara qarşı Avropa Komissiyası tərəfindən sanksiya tətbiqetmə prosesi başlayıb. “İndi baş verən dramatik hadisələr Avropanın seçim qarşısında olduğunu təsdıqləyir. Avropa qərarsızlığının sonunu gözləməli, ya da mərhəmət barədə düşünmədən real qərarlar qəbul etməlidir” - Dvorçik deyib. O, bildirib ki, ya Avropa dəyişməli, ya da onun gələcəyi böyük sual altında qalacaq. Polşalı nazir müavininə görə, Avropa İttifaqının miqrasiya siyasəti mütləq dəyişməlidir: “Avropa İttifaqı ümumavropa təhlükəsizliyinə yanaşmanı dəyişməlidir. Avropa dəyərlərini qəbul etməyənlər, inteqrasiyadan kənarda qalanlar olduqca, belə cinayətlər həmişə olacaq”. Dvorçik bildirib ki, Polşa əvvəllər olduğu kimi, bu gün də sərt miqrasiya siyasətinə sadiqdir: “Cəmiyyətə inteqrasiya edə bilməyənlərdən ibarət anklavın yaradılmasına, təhlükəsizlik baxımından yoxlaya bilmədiyimiz şəxslərin məcburi qaydada Polşaya köçürülməsinə, bizi fəlakətə aparan yola razılıq verməyəcəyik”.
Qeyd edək ki, Azərbaycan Prezidenti Barselonada törədilmiş terror aktları ilə əlaqədar bu ölkənin Kralı VI Felipeyə başsağlığı məktubu göndərib. “Ölkənizdə törədilmiş dəhşətli terror aktları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi sarsıtdı. Dinc insanlara qarşı yönəlmiş bu amansız terror əməllərindən hədsiz dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik”, - deyə dövlətimizin başçısı məktubda qeyd edib. Prezident İlham Əliyev baş vermiş faciə ilə əlaqədar İspaniya Kralına, həlak olanların ailələrinə və yaxınlarına, bütün İspaniya xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıb. Qeyd edək ki, Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyindən verilən məlumata görə, Barselonada törədilmiş terror hücumlarında həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb. Səfirliyimiz İspaniyanın müvafiq qurumları ilə təmasları davam etdirir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.01.2018
Peterburqda Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılır
19.01.2018
Moldova Prezidenti Konstitusiya Məhkəməsinə qarşı
19.01.2018
Ukraynada ATƏT müşahidə missiyasının üzvü ölüb
18.01.2018
Ermənistanda Rusiya əleyhinə aksiyalar keçirilə bilər
18.01.2018
Erməni deputat: “Ermənistanda hökumət ölkədəki problemləri aradan qaldırmaq iqtidarında deyil”

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8212

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
3 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 İsa Həbibbəyli: “Təkmil orfoqrafiya qaydaları ortaya qoyulacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info