“Azərişıq” ASC-nin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzi işə salınıb
Tarix: 21.08.2017 | Saat: 11:50:00 | E-mail | Çapa göndər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə mərkəzin binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Mərkəzin binasında yaradılmış stendlərdə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin elektroenergetika sahəsinin inkişafındakı xidmətlərini əks etdirən fotolar yer alıb.
“Azərişıq” ASC-nin sədri Baba Rzayev mərkəz barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, bu layihənin icrası ilə alçaq gərginlikli və yüksək gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsi, sərfiyyat göstəricilərinin real vaxt rejimində monitorinqi, abonent məmnunluğunun təmin olunması məqsədilə fasiləsiz elektrik enerjisinin parametrlərinə nəzarətin təşkili, 10 və 0,4 kV-luq elektrik şəbəkələrində açma-qoşmaların real vaxt rejimində qeydiyyatının aparılması mümkün olacaq. Bundan başqa, sayğacların göstəricilərinin on-line rejimdə oxunması təmin ediləcək, insan amili aradan qaldırılacaq, qəzaların qarşısının alınması təmin olunacaq.
Prezident İlham Əliyevə respublikada ilk dəfə aşağı gərginlikli 10/0,4 kV-luq şəbəkənin avtomatik idarəetmə və nəzarət layihəsi də təqdim olundu.
Dövlətimizin başçısı sistemi işə saldı.
Şəmkir şəhər elektrik şəbəkəsinin tamamilə yenidən qurulması və şəbəkənin avtomat idarəetmə və nəzarət layihəsi tam hazır vəziyyətə gətirilib, həmçinin Şəmkir Elektrik Şəbəkəsinin yeni ofis binasında bu prosesin aparılması üçün bütün şərait yaradılıb. Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzinin yeni binasında işçilərin səmərəli fəaliyyəti üçün elektroenergetika sahəsinin avadanlıqları ilə bərabər, kompüter texnikası və sürətli internet də var. Burada nəzarət-monitorinq, avtomat idarəetmə kabinetləri, həmçinin enerji satışı, qəza və müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb. Mərkəzin binasının ətrafında abadlıq işləri aparılıb, yaşıllıq zolağı salınaraq dekorativ ağaclar əkilib.
Prezident İlham Əliyevə Şəmkir Elektrik Şəbəkəsində son illərdə görülən işlər barədə də məlumat verildi. Son iki il yarım ərzində şəbəkənin xidməti ərazisində bir sıra vacib işlər görülüb. Rayon mərkəzi, şəhər tipli 4 qəsəbə, 61 kənddən ibarət olan, ümumilikdə 52100 abonentə və bununla da 210 mindən artıq əhaliyə xidmət edən Şəmkir Elektrik Şəbəkəsində köhnə tipli transformator məntəqələri yeniləri ilə əvəz edilib. Ümumilikdə, Şəmkir Elektrik Şəbəkəsinin qoyuluş gücü 35 MVA artırılıb. Ümumilikdə, “Azərişıq” ASC dövründə Şəmkir Elektrik Şəbəkəsində 16 kilometr uzunluğunda 35 kV-luq, 126 kilometr uzunluğunda 6-10 kV-luq, 130 kilometr uzunluğunda 0,4 kV-luq xətlər yenidən qurulub. Həmçinin istismara yararsız 5504 sayğac dəyişdirilib, 1846 yeni sayğac quraşdırılıb.
Sonda xatirə şəkli çəkdirildi.




 
Bölməyə aid digər xəbərlər
18.01.2018
Teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı ayrıldı
18.01.2018
Azərbaycanlıların soyqırımının 100 illiyi qeyd ediləcək
18.01.2018
Dövlət İmtahan Mərkəzi işçi axtarır
18.01.2018
“Rəqəmsal bankçılıq və təhlükəsizlik” sərgi-konfransda 250-dək şirkət iştirak edəcək
18.01.2018
Prezident Davos forumunda çıxış edəcək

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8203

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
3 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info