Sentyabrın 19-da keçiriləcək hərraca 166 dövlət əmlakı çıxarılıb
Tarix: 21.08.2017 | Saat: 11:57:00 | E-mail | Çapa göndər
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən sentyabrın 19-da keçiriləcək hərracda 166 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb. Bunlardan 63-ü kiçik dövlət müəssisə və obyekti, 83-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətidir.
Komitədən AZƏRTAC-a bildirilib ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Azinterservis”, “Çatal Broyler”, “Ləki Sinklənmiş qablar”, “Tərtər Konserv”, “Bərdə Kərpic”, “Goranboy Sənaye”, “Şəki Tikinti Quraşdırma” və digər bu kimi səhmdar cəmiyyətlər aiddir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı, Gəncə, Abşeron, Qəbələ, Saatlı, Masallı, İmişli, digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 24 kvadratmetr ilə 2 min 100 kvadratmetr arasında dəyişir. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Həmin müəssisələrin özəlləşdirilməsi iqtisadiyyatın bir çox sahələrinin inkişaf etdirilməsinə imkan verir.
Torpaq sahəsi 3 min kvadratmetrdən çox, ümumi faydalı sahəsi isə 660 kvadratmetr təşkil edən Goranboyda yerləşən “Qovlar tikiş fabriki” yüngül sənayenin inkişaf etdirilməsinə şərait yaradır. İnvestisiyalar hesabına belə müəssisə və obyektlərin maddi-texniki bazası yenidən qurulur, yeni sistemlər və texnologiyalar tətbiq olunur. Daha sonra fəaliyyətini genişləndirən bu kimi zavodlar, profil üzrə tələbatın ödənilməsində öz töhfəsini verir. Eyni zamanda, gücləndirilmiş istehsal nəticəsində müəssisələr, tələbatı ödəməklə yanaşı, xarici bazarlara çıxış imkanı əldə edir. Bu isə ölkənin iqtisadi sahədə potensialının artmasına gətirib çıxarır.
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında "Çinar" soyuducular zavodunun Şəmkir filialını nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün sənaye sahəsində yaxşı qazanc deməkdir. Əmlakın torpaq sahəsi 27 min 150 kvadratmetr, ümumi faydalı sahəsi isə 3000 kvadratmetrə yaxındır.
Bundan başqa, Astara rayonunda yerləşən 45 saylı yeməkxana da sahibi üçün iaşə sahəsində gəlirli hesab olunur.
Qeyd edək ki, fəaliyyəti yenidən tam gücü ilə bərpa edilən müəssisələrə yeni işçilər cəlb edilir. Müəssisələrin əksəriyyətinin rayonlarda yerləşməsi isə bölgələrin inkişafına imkan verir. Bu isə öz növbəsində ölkədəki iqtisadi aktivliyə müsbət təsirini göstərir.
Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 71-i paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Bu kateqoriya üzrə özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 16 kvadratmetr ilə 117 kvadratmetr arasında dəyişir.
Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur keçmələri kifayət edir. Bunun üçün “privatization.az” portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10 faiz məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin “facebook”dakı rəsmi səhifəsi və “privatization.az” səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır. Bununla yanaşı, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbuat orqanı olan “Mülkiyyət” qəzetində də dərc edilir.
Özəlləşdirilməyə çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.
ƏMDK yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2017
BSU əməkdaşlığını genişləndirir
20.09.2017
Dəmir yolunda “Sağlamlıq günü“ keçirilib
20.09.2017
Məhkumlar arasında intellektual oyun keçirilib
20.09.2017
Qəbələdə beynəlxalq tədbir keçirilib
20.09.2017
ƏƏSMN-in e-xidmətlərinə 6,5 milyona yaxın müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7320

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Prezident təqaüdü alacaq tələbələrin adları məlum oldu
3 “Dünya azərbaycanlılarının palitrası” kitabının Daşkənddə təqdimatı keçirildi
4 “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimi keçirilib
5 Azərbaycanlı güləşçi Özbəkistanda çempion olub
20.09 12:51 Neft bahalaşır
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info