Bakının yeni yol infrastrukturu ilə bağlı təlimat
Tarix: 21.08.2017 | Saat: 16:10:00 | E-mail | Çapa göndər
Bakının yeni yol infrastrukturu ilə bağlı videotəlimat yayılıb.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, təlimat N.Nərimanov prospekti və A.Şaiq küçəsini əhatə edir.
Qeyd edək ki, “Sovetski” layihəsi çərçivəsində salınan yeni yollarda 251 ədəd müxtəlif təyinatlı yol nişanı quraşdırılıb. Nişanlanma və yol-cizgi xətlərinin çəkilməsi şəhərin inkişaf edən simasına uyğun olaraq daha müasir tərtibatda həyata keçirilib. Yeni salınan yollarda hərəkət istiqamətlərini bildirən məlumat lövhələri qoyulub. Sözügedən ərazidə 17 ədəd piyada keçidi salınıb. Paytaxtın digər küçə və prospektlərindən fərqli olaraq, burada işıqforlarla nizamlanan piyada keçidləri xüsusi qırıq xətlərlə nişanlanıb.
Paytaxtımızda xarici turistlərin olduğunu nəzərə alaraq, bu məlumatlar ingilis dilində də qeyd edilib. Hərəkətin təhlükəsizliyi nəzərə alınaraq, işıqfor dirəklərində də 3 dildə (Azərbaycan, rus və ingilis) xəbərdaredici məlumat lövhələri quraşdırılıb.
Fiziki imkanları məhdud və uşaq arabası ilə olan şəxslərin də rahat hərəkət etməsi üçün piyada keçidlərində 34 ədəd pandus qoyulub. İlk dəfə olaraq, məhz burada bəzi piyada keçidlərində yalnız sarı xəbərdaredici işığı olan işıqfor quraşdırılıb. Ümumilikdə ərazidə 44 ədəd işıqfor obyekti quraşdırılıb. Bu işıqforların 8-i xüsusi sensorla təchiz edilib. Belə işıqforlar, eyni zamanda, görmə qabiliyyəti məhdud olan şəxslərin yolu təhlükəsiz keçməsi üçün nəzərdə tutulub. Piyada əllə sensorlu qurğuya toxunduqdan sonra işıqforu piyada keçidi rejiminə keçirə bilər.
“Sovetski” layihəsi çərçivəsində salınan yeni yollarda 8 ədəd avtobus dayanacaq pavilyonu da qoyulub. Bu dayanacaqdakı məlumat lövhələri də yeni tərtibatda dizayn edilib. Lövhədə dayanacaq məntəqəsinin ünvanı, oradan keçən marşrut xətləri ilə bağlı məlumatlar öz əksini tapıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2017
Özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq
17.11.2017
“Azərişıq“dan abonentlərə şad xəbər
17.11.2017
Xarici sularda üzən Azərbaycan gəmilərinin sayı artıb
17.11.2017
Şahin Mustafayev Biləsuvarda vətəndaşları qəbul edib
17.11.2017
Metro vaqonlarının təmiri sexi istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7715

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 İşə qəbul üzrə növbəti müsabiqə  
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info