DQİDK –nin əməkdaşı Malayziyada təlimdə iştirak edib
Tarix: 21.08.2017 | Saat: 17:19:00 | E-mail | Çapa göndər
Avqustun 13-dən 17-dək Malayziya Federasiyanın paytaxtı Kuala Lumpur şəhərində Malayziya Texniki Əməkdaşlıq Proqramı çərçivəsində Malayziya Xarici İşlər Nazirliyinin dəstəyi və “Taha Alam” təşkilatının təşkilatçılığı ilə “Ən yaxşı təcrübələri əhatə edən Həcc ziyarətlərinin idarəedilməsi” mövzusunda təlim keçirilib. Sözügedən təlimdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini (DQİDK) Xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov təmsil edib. Təlimə Azərbaycanla yanaşı Banqladeş, Bruney, Fici adaları, Filippin, Myanmar, Maldiv adaları, Vyetnam, Qana, Pakistan İslam Respublikası və Şri-Lanka kimi ölkələrdən ümumilikdə15 nəfər qatılıb. Avqustun 13-də keçirilən təlimdə on bir ölkəni təmsil edən iştirakçılarla tanışlıqdan sonra Taha Alam təşkilatının fəaliyyəti haqqında ümumi məlumat verilib. Bildirilib ki, təlimin əsas məqsədi Həcc ziyarətlərinin təşkilində qabaqcıl təcrübələrin öyrənilməsi, eləcə də bu sahədə Malayziya hökumətinin əldə etdiyi təcrübənin bölüşdürülməsidir. Təlimin ikinci günü iştirakçılara Malayziyanın dövlət təşkilat olan “Tabunq Həci” haqqında ətraflı məlumat verilib və bildirilib ki, o, ölkədə Həcc ziyarətlərini həyata keçirən yeganə rəsmi dövlət təşkilatıdır. Təlim proqramı çərçivəsində avqustun 15-də iştirakçıların Malayziyanın tarixi şəhəri olan Malakaya səfəri təşkil olunub. “Tabunq Həci” təşkilatının şəhərdəki regional ofisi ilə tanışlıqdan sonra malayziyalı zəvvarlara Həcc ziyarətindən əvvəl keçirilən təlimlər və kurslar haqqında məlumat verilib. Daha sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Təlimin dördüncü günü iştirakçılar “Taha Alam” təşkilatının nümayəndələri ilə birlikdə Malayziyanın Putracaya şəhərində yerləşən Xarici İşlər Nazirliyində keçirilən Malayziya Texniki Əməkdaşlıq Proqramı haqqında brifinqə qatılıblar. Ertəsi gün təlimdə iştirak edən on bir ölkənin dövlət-din münasibətləri sahəsində həyata keçirdiyi siyasət, mədəniyyət və həcc ziyarətlərinin təşkili ilə bağlı geniş təqdimatlar edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Rəfi Qurbanov ölkəmiz haqqında məlumat verərək bildirib ki, əhalinin 96 faizi müsəlmanlardan, 4 faizi isə qeyri-müsəlmanlardan ibarətdir. Ölkəmizin dini müxtəlifliyinə toxunan R.Qurbanov diqqətə çatdırıb ki, respublikamızda hal-hazırda 760-dan çox müsəlman, o cümlədən 17- si xristian, 8-i yəhudi, 2-si Bəhai və 1-i Krişna şüuru olmaqla ümumilikdə 28 qeyri-müsəlman dini icma fəaliyyət göstərir. Daha sonra ölkəmizdə mövcud olan müsəlman və qeyri-müsəlman tarixi-dini abidələrə diqqət çəkən Dövlət Komitəsinin rəsmisi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan ərazilərimizdə İslam dininə aid yüzlərlə ibadət yeri və abidənin vəhşicəsinə dağıdıldığını, təhqir olunduğunu və erməniləşdirildiyini deyib, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnamə haqqında iştirakçılara məlumat verib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti haqqında danışan Rəfi Qurbanov dövlət-din münasibətləri sahəsində görülən işlər, bu sahədə mövcud olan qanunvericilik mexanizmi və ölkə Prezidenti cənab İlham Əliyev tərəfində ayrılan maliyyə yardımları haqqında geniş məruzə ilə çıxış edib. Çıxışında ölkəmizdə fəaliyyət göstərən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fəaliyyətinə toxunan DQİDK-nın əməkdaşı qeyd edib ki, ölkəmizdə Həcc ziyarətləri bu qurum tərəfindən həyata keçirilir. QMİ tərəfindən Həcc ziyarətinə hazırlaşan zəvvarlara müvafiq təlimlər və kurslar keçirilir. Sonda 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edildiyini vurğulayan R.Qurbanov bu il çərçivəsində görülən işlər, IV İslam Həmrəyliyi Oyunları və halal-turizm ilə bağlı məlumat verib. Çıxışın sonunda Dövlət Komitəsinin əməkdaşı DQİDK tərəfindən təşkilatçılara və təlim iştirakçılarına ingiliscə çap edilmiş “Azərbaycanda dini müxtəliflik” haqqında kitabça təqdim olunub. Avqustun 17-də “Ən yaxşı təcrübələri əhatə edən Həcc ziyarətlərinin idarəedilməsi” mövzusunda təlimin yekununa həsr olunmuş sessiyada Malayziya Xarici İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və İnkişaf Departamentinin katib köməkçisi xanım Nəzirə Rəzak, “Taha Alam” təşkilatının Asiya üzrə regional direktoru Əhməd Xalid və digər təşkilatçılar iştirak ediblər. Sessiyada çıxışlar zamanı bu sahədə gələcək əməkdaşlığın gücləndirilməsi, iştirakçı ölkələrin verəcəkləri töhfələr və qarşıda duran çətinliklərin aradan qaldırılmasında atılan addımların əhəmiyyətindən danışılıb. Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif ediliblər.




 
Bölməyə aid digər xəbərlər
22.09.2017
Ceyhun Bayramov: “Ali məktəblərdə təhsil alan qızların sayı artıb”
22.09.2017
ADNSU Dostluq Ordeni ilə təftif olunub
22.09.2017
Xələf Xələfov: “Dünya birliyi sərhədlərin zorla dəyişdirilməsini heç zaman qəbul etməyəcək”
21.09.2017
Vətəndaş qəbulunun vaxtı dəyişdirilib
21.09.2017
Almaniyanın ilk azərbaycanlı millət vəkili kim olub?

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7334

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Azərbaycanlı güləşçi Özbəkistanda çempion olub
5 Bakı Atatürk Liseyində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info