Fransada yaşayan erməni iş adamı: “Ermənistan normal dövlət olmağa layiq deyil”
Tarix: 21.08.2017 | Saat: 20:13:00 | E-mail | Çapa göndər
“Kustar üsulla yanğını söndürməyə çalışırdılar. Bu çox təhqiredici situasiyadır. 25 il ərzində normal dövlət formalaşdıra bilməmişik”
Ermənistan baş naziri Karapetyanın həyasızlıq edərək işğal olunmuş ərazilərimizə etdiyi səfər düşmən ölkənin mətbuatında geniş işıqlandırıldı. Əslində, beynəlxalq qurumlar, əsasən də münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun həmsədrləri buna etirazlarını ifadə etməli idilər. Amma biz bunun şahidi olmadıq. Karapetyanın işğal olunmuş ərazilərimizdə təməlqoyma mərasimində iştirakının, əslində, heç bir iqtisadi əsası yoxdur.
Yəni Karapetyanın baş naziri olduğu ölkənin iqtisadi vəziyyəti o dərəcə pisdir ki, bu ölkənin yeni müəssisə inşa etmək imkanları, demək olar ki, yox səviyyəsindədir. Ona görə də Krapetyanın işğal olunmuş ərazilərimizə səfəri və orada hansısa təməlqoyma mərasiminə qatılması siyasi mahiyyət kəsb etməkdə mediada şou yaratmaqdan başqa, heç nəyə yaramır.

Valeri-Aşxen Qorçunyan:
“Nə qədər dəhşətli vəziyyətdir ki, Ermənistan meşə yanğınlarını söndürmək üçün Rusiyadan təyyarə istədi. Ayıbdır, biz dövlətik, ya yox?”



Bunu biz yox, 5-6 il əvvəl Ermənistanı böyük hay-küylə tərk edən erməni əsilli iş adamı Valeri-Aşxen Qorçunyan deyir. Həmin vaxt Ermənistanda investisiya yatırmaq istəyən Qorçunyan qarşılaşdığı vəziyyətdən şoka düşərək Fransaya qaçıb getmişdi. Elə həmin vaxt Qorçunyan Ermənistanı kəskin tənqid atəşinə tutmuşdu. İndi erməni mediası işğal olunmuş ərazilərimizdə fotolarını paylaşan həmin bu Karapetyanın “islahatları” ilə bağlı Qorçunyana müraciət edib. Erməni əsilli iş adamı “Tert.am”a müsahibəsində Karapetyanın ölkədə heç bir islahat aparmadığını və 5 il əvvəllə müqayisədə Ermənistanda müsbət heç nə baş vermədiyini bildirib: “Mən Ermənistanda heç bir müsbət dəyişiklik görmürəm. Məhkəmə sisteminin hansı vəziyyətdə olduğu hamımıza bəllidir. Əgər ədalətli məhkəmə yoxdursa, deməli, etimad da yoxdur. Etimad yoxdursa, deməli, Ermənistana investisiya yatırılmasından söhbət gedə bilməz. Ermənistan iqtisadiyyatının heç bir sahəsinə investisiya yatırmaq mümkün deyil. Həmişə demişəm ki, Ermənistan nəyisə dəyişmək istəyirsə, heç olmasa, adi etimad mühiti yaratmalıdır. Ölkədə demokratiya ilə bağlı heç nə yoxdursa, deməli, ümumiyyətlə, heç nə yoxdur”. Erməni əsilli iş adamı baş nazir Karapetyanın vədlərinə inanmadığını qeyd edib: “Mən onun nə vəd etdiyini bilmirəm, amma bunun nəticəsi kimi Ermənistana investisiya daxil olubmu?

“Mən şəxsən yaxın perspektiv üçün Ermənistanla bağlı müsbət əhvali-ruhiyyədə deyiləm. Baxın görün Fransada nə qədər erməni var. Gənclər ölkədə heç nəyi dəyişməyin mümkün olmadığını görüb Fransaya, ABŞ-a, Rusiyaya üz tuturlar. Bu o deməkdir ki, xalq Ermənistanın gələcəyinə qətiyyən inanmır”

Biz Ermənistana hansısa iri həcmli investisiyanın daxil olduğunu eşitməmişik”. Valeri-Aşxen Qorçunyan diaspor təşkilatlarının ölkəyə investisiya yatırmaqdan, işğalçı ölkədə həyata keçirilən layihələrdən uzaqda qalması ilə bağlı məsələyə münasibətində deyib ki, diaspor Ermənistandakı real vəziyyətin necə olduğunu yaxşı bilir: “Diaspor Ermənistandakı həqiqətləri yaxşı bilir. Ölkənin xaricində yaşayan ermənilər ölkədən narazıdırlar. Onlar sadəcə, 5-10 günlük səfərlə kifayətlənir. Vəziyyət elə həddə çatıb ki, onlar artıq Ermənistana ciddi yanaşmırlar, onlar üçün Ermənistanın taleyi əhəmiyyətsizdir. Bu isə səbəbsiz deyil. Çünki onlar Ermənistanda nələrin olduğunu yaxşı bilirlər. Artıq neçə ildir ki, diaspor Ermənistanda iş görməyin mümkünsüzlüyünü təkrarlayır. Onlar, adətən, Ermənistanda özlərinə ev alırlar. Amma heç biri Ermənistanda biznes qurmaq üçün investisiya yatırmır”. İş adamı Ermənistandakı çətinliklə bağlı hər şeyin Rusiyanın üzərinə yıxılması ilə də razı deyil: “Əminəm ki, Ermənistan hakimiyyəti istəsə, daha yaxşı atmosfer yarada bilər. Amma bizim siyasətçilər ciblərini daha çox sevirlər. Onlar ölkə üçün heç nə etmirlər. Biz kənardan izlədik ki, Ermənistanda meşə yanğınları oldu və ölkənin yanğını söndürmək üçün vasitələri yoxdur. Görün nə qədər dəhşətli vəziyyətdir ki, Ermənistan meşə yanğınlarını söndürmək üçün Rusiyadan təyyarə istədi. Ayıbdır, biz dövlətik, ya yox? Kustar üsulla yanğını söndürməyə çalışırdılar. Bu çox təhqiredici situasiyadır. 25 il ərzində normal dövlət, birinci növbədə ölkəni, xalqı düşünən rəhbərlik formalaşdıra bilməmişik. Səbəbini bilmirəm. Bəlkə də buna layiq deyilik”. İş adamı Ermənistan müxalifətinin fəaliyyətinə də inanmadığını, onların da ancaq özlərini göstərərək Avropadan qrantlar almağa çalışdığını deyib: “Mən şəxsən yaxın perspektiv üçün Ermənistanla bağlı müsbət əhvali-ruhiyyədə deyiləm”. İş adamı bildirib ki, Ermənistan gəncləri ölkədə heç bir perspektiv görmədikləri üçün miqrasiya edirlər: “Baxın görün Fransada nə qədər erməni var. Gənclər ölkədə heç nəyi dəyişməyin mümkün olmadığını görüb Fransaya, ABŞ-a, Rusiyaya üz tuturlar. Bu o deməkdir ki, xalq Ermənistanın gələcəyinə qətiyyən inanmır”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2017
Latviyada məktəblərin yarısı bağlanır
13.11.2017
Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
03.11.2017
«Tert.am»: ”Miqrasiya ermənilərin dövlətə qarşı etirazının bir formasıdır”
31.10.2017
Əliyev-Putin-Ruhani görüşü: Azərbaycan beynəlxalq səviyyəli tranzit mərkəzə çevrilir
24.10.2017
Vardan Bostanjyan:”Ermənistana 1 milyard dollardan artıq sərmayə yatırıldığı barədə hökumətin məlumatı yalandır”

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7715

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 İşə qəbul üzrə növbəti müsabiqə  
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info