“Qlobal Gənc Liderlər Forumu üzləşdiyimiz problemlərin həllinə töhfə verəcək”
Tarix: 21.08.2017 | Saat: 20:27:00 | E-mail | Çapa göndər
“Qlobal Gənc Liderlər Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin reallaşdırdığı önəmli tədbirlərdən biridir. Gələcəyə baxmaq, problemlərin həllinə müxtəlif baxışlardan, nöqteyi-nəzərlərdən yanaşmaq lazımdır. Bu gün dünyamız bir çox problemlərlə qarşılaşıb. Elə problemlər var ki, həllini tapmayıb. Müharibələr, eləcə də etnik, məzhəb qarşıdurmaları mövcuddur. Bəzi həll olunmamış problemlər var ki, onların həllində ümid gənclərədir. Ona görə də gənclərə yol açmaq, onların gələcək liderlər kimi proseslərdə fəal iştirakına şərait yaratmaq çox önəmlidir”. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin söyləyib. Sabiq nazir deyib: “Qlobal Gənc Liderlər Forumu dünyanın hər yerindən - Afrikadan, Asiyadan, Amerikadan, Avropadan gəncləri bir araya gətirərək onlara mühüm problemləri müzakirə etmək imkanı yaradır. Daha yaxşı dünyanı qurmaq üçün nə etmək lazımdır? Dünyanın gələcəyi gənclərə bağlıdır. Gənclərin bacarığına inanıram. Bu baxımdan Qlobal Gənc Liderlər Forumu üzləşdiyimiz problemlərin həllinə böyük töhfə verəcək. Bu Forum həm Azərbaycan, həm bölgə, həm də dünya üçün çox önəmlidir”.




 
Bölməyə aid digər xəbərlər
18.01.2018
“Həmsədrlər münaqişənin həllinə dair bir sıra kreativ fikirlər irəli sürüb”
18.01.2018
20 Yanvar şəhidləri Belarusda anılıb
18.01.2018
“ABŞ ilin sonunadək səfirliyini Yerusəlimə köçürəcək”
18.01.2018
“ABŞ Suriyada hərbi iştirakını davam etdirməyi planlaşdırır”
18.01.2018
“Türkiyənin səbri tükənmək üzrədir”

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8203

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
3 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info