Kənd təsərrüfatı məhsuldarlığın artımı hesabına inkişaf etməlidir
Tarix: 21.08.2017 | Saat: 20:29:00 | E-mail | Çapa göndər
FAO: “İnsanların artan qida ehtiyacının təmin edilməsi üçün 2050-ci ilə qədər kənd təsərrüfatı məhsullarının istehsalının 60 faiz artması vacibdir”

Ölkədə qeyri-neft sektorunun inkişafı məqsədilə bir sıra istiqamətlərdə islahatlara başlanılıb ki, onlardan biri də kənd təsərrüfatının inkişaf etdirilərək iqtisadiyyatın sabit və dayanıqlı sahələrindən birinə çevrilməsidir. Aqrar sektorun inkişafı, onun sabit, dayanıqlı sahəyə çevrilməsi və buraya investisiyaların cəlb edilməsi üçün tələb olunan addımlardan biri də kənd təsərrüfatındakı risklərin düzgün və səmərəli idarə edilməsidir. Kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin ardıcıllığı bu sektorda bütün imkanlardan istifadə etməyə imkan verir. Bu günlərdə Prezident İlham Əliyev Gədəbəy rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib ki, bu gün özümüzü ərzaq məhsulları ilə tam təmin etmək üçün böyük işlər görürük: “Ancaq bizim torpaq fondumuz məhduddur. Ona görə, bundan sonra kənd təsərrüfatı ancaq məhsuldarlığın artımı hesabına inkişaf etməlidir”. Gələcək illərdə emal sənayesinin, kənd təsərrüfatının inkişafı əlbəttə ki, rayon üçün prioritet olaraq qalacağını deyən ölkə başçısı bildirib ki, hamımız – siz də, fermerlər də, sahibkarlar da növbəti illərdə bu istiqamətdə çalışmalıyıq ki, məhsuldarlığı artıra bilək: “Mən yolla gələndə gördüm ki, fermerlər artıq dağların yamaclarında da əkin işlərinə başlayıblar. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, artıq bütün yerlər əkilib. Bu da çox sevindirici haldır ki, indi fermerlər artıq dağlara da çıxıblar və orada da əkin işləri aparırlar. Biz gələcəkdə istehsalın artımına ancaq məhsuldarlığın artımı hesabına nail ola bilərik. Göygöl rayonunda açılan kənd təsərrüfatı laboratoriyasının fəaliyyəti nəticəsində biz buna nail ola bilərik. Ona görə, bütün fermerlərə, kəndlilərə məsləhət görürəm ki, məhsuldarlığın artımına böyük diqqət göstərsinlər. Bu, ilk növbədə, onlara və dövlətə lazımdır. Çünki biz özümüzü bütün ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik”.

Dünyada kənd təsərrüfatı və ərzaq ixracı

Dünyada 800 milyondan çox insan yaşaya bilmək üçün lazımi səviyyədə qidalana bilmir. Enerji ehtiyacını işləyəcək səviyyəyə yüksəltsək bu rəqəm dünya əhalisinin 17,5 faizini təşkil edən 1,25 milyard insan deməkdir. Ərzaq təhlükəsizliyi olmayan əhalinin əksəriyyəti Asiya və Afrikada yaşayır. Son 40 ildə dünyada ümumi xarici ticarət təxminən 60 dəfə artdığı halda, bütün məhdudiyyətlərə baxmayaraq kənd təsərrüfatında xarici ticarət 25 dəfə artıb. Son 25 ildə kənd təsərrüfatı məhsulları ixracatı 5,5 dəfə artarkən, ərzaq məhsulları ixracatı 7 dəfə, geyim ixracatı 10 qat artım göstərib. Amerika Birləşmiş Ştatları, Hollandiya, Almaniya, Braziliya və Çin dünyanın ən böyük kənd təsərrüfatı ixracatçılarıdır. Həmin 5 ölkənin kənd təsərrüfatı məhsullarının ümumi ixracatında payı 30 faizdən çoxdur. Dünyanın ən böyük idxalçıları Çin, ABŞ, Almaniya, Yaponiya və Fransadır. Bu 5 ölkə dünyanın ümumi idxalının 40 faizini təşkil edir.
Son on ildə kənd təsərrüfatının gündəmində olan əsas mövzular yüksək məhsuldarlıqla bağlı ailə təsərrüfatı, əkinçilikdə qadın, ərzaq təhlükəsizliyi kimi məsələlərdir. Bundan başqa, uzun müddət ərzaq istehsalını məhdudlaşdıracaq iqlim dəyişikliyi, biomüxtəliflik, iqtisadi çətinlik və qiymətlərin qeyri-sabitliyi kimi qlobal amillər və nəhayət, əkinçilikdə yeni texnoloji dəyişikliklərin əhəmiyyəti vurğulanır. Ərzaq təhlükəsizliyində, problemin istehsalda deyil, istehsal olunan məhsulun çatdırılması olduğu qeyd edilir. Təbii ehtiyatların sürətlə məhdudlaşdığı dünyada geniş əkinçilikdən istifadə etmək əvəzinə davamlı və qida dəyəri yüksək əkinçiliyin hədəflənməsinin lazım olduğu deyilir. Eyni zamanda kiçik miqyaslı ailə təsərrüfatının dəstəklənməsinin lazım olduğuna bildirilir.
Dünyada məhsul və xidmətlərin ticarətində kənd təsərrüfatı mallarının aşağı düşməsinə baxmayaraq, kənd təsərrüfatı hər cür xarici ticarət danışıqlarında əsas faktordur. Ümumdünya Ticarət Təşkilatının yaradılması və əkinçilik də daxil olmaqla bir çox sahədə mövcud olan müqavilələri əhatə edən Uruqvay konfransı kənd təsərrüfatı və ərzaq müzakirələrində çətinliklər üzündən on il davam edib. İki və ya çoxtərəfli xarici ticarət danışıqlarının çətin keçməsinin arxasında üç əsas amil var. Birinci səbəb ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün ölkələrin öhdəliyidir. İkinci səbəb isə inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatı məhsullarının ixracının ümumi iqtisadi inkişafa təsirinin azalmasına baxmayaraq, uzunmüddətli əhəmiyyətini qorumasıdır. Son illərdə ərzaq və içki sənayesində qloballaşmanın sürətlənməsi üçüncü səbəb kimi müəyyən edilib.

Əhali artımı qidaya tələbi də artırır

Ticarəti inkişaf etdirmək üçün ikitərəfli və ya regional güzəştli ticarət sazişləri (TTA) uzun müddət istifadə edilib. Bu razılaşmalardan bəziləri yaxın coğrafi bölgədə regional ticarəti təşviq etmək üçün nəzərdə tutulsa da, inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə verilən birtərəfli üstünlüklərdir.
Güzəştli ticarət sazişlərinin hər ikisi üçüncü ölkələrin ixracına təsir göstərə bilər.
Bu gün bir faktdır ki, kənd təsərrüfatı məhsullarının istehsalı, insanların əsas ehtiyacı olan qidalanma ehtiyacının aradan qaldırılmasında çox əhəmiyyətlidir. Əkinçiliklə bağlı ərazilər, dünyanın buzlaqlarla örtülü olmayan torpaqları üzərində təxminən 38 faiz paya malikdir və bu, kənd təsərrüfatı üçün istifadə ediləcək ən məhsuldar torpaqlarla bağlıdır. Qalan torpaqlar çöllər, dağlar və insanların yaşadığı ərazilərdir və istehsal üçün əlverişsizdir. Yəni, insanlar bütün məhsuldar ərazilərdən istifadə edir və bu torpaqlardan kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəyir. BMT-nin hesabatına görə, dünya əhalisinin sayı 2050-ci ildə 9 milyarda, 2100-cü ildə isə 12 milyarda çatacağı gözlənilir. Bu artım gözlənilənlərdən artıq olarsa 2050-ci ildə 12 milyard səviyyəsinə çata bilər. Əhalinin bu qədər artması, qidaya tələbi də artıracaq. FAO isə bildirir ki, insanların artan qida ehtiyacının təmin edilməsi üçün 2050-ci ilə qədər kənd təsərrüfatı məhsullarının istehsalının 60 faiz artması vacibdir. Bunun üçün illik taxıl istehsalı 1 milyard ton, ət istehsalı isə 200 milyon ton artırmalıdır. Kənd təsərrüfatı və ərzaq sektorunun insanların qidaya olan ehtiyacını ödəməsi baxımından böyük önəm daşıdığını və dünyadakı mövcud vəziyyəti nəzərə alaraq gələcək nəsillərin də qidaya olan tələbatını ödəmək üçün davamlı istehsal, tədarük, təchizat əhəmiyyətlidir. Bunun təmin edilməsi üçün əkinçilərin, ərzaq firmalarının, təchizatçıların, müvafiq qurumların və istehlakçıların məsuliyyətli bir şəkildə davranmaları və qida tədarükü zəncirinin hər mərhələsinin davamlılığını təmin etməsi vacibdir. Əks təqdirdə artan əhalinin qidalanmasını təmin etmək problemləri ortaya çıxacaq. Bunun üçün ərzaq təhlükəsizliyi təmin edilməlidir.

Nigar Abduillayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2017
BSU əməkdaşlığını genişləndirir
20.09.2017
Dəmir yolunda “Sağlamlıq günü“ keçirilib
20.09.2017
Məhkumlar arasında intellektual oyun keçirilib
20.09.2017
Qəbələdə beynəlxalq tədbir keçirilib
20.09.2017
ƏƏSMN-in e-xidmətlərinə 6,5 milyona yaxın müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7320

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Prezident təqaüdü alacaq tələbələrin adları məlum oldu
3 “Dünya azərbaycanlılarının palitrası” kitabının Daşkənddə təqdimatı keçirildi
4 “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimi keçirilib
5 Azərbaycanlı güləşçi Özbəkistanda çempion olub
20.09 12:51 Neft bahalaşır
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info