Xüsusi qabiliyyət tələb edən ixtisaslara 199 yer boş qalıb
Tarix: 22.08.2017 | Saat: 11:45:00 | E-mail | Çapa göndər
Dövlət İmtahan Mərkəzi (DİM) tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib.
DİM-dən verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrində ayrılmış plan yerləri 8004 təşkil edib. Müsabiqənin nəticələrinə əsasən 7806 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Qəbul planı ümumilikdə 97.51% yerinə yetirilib. Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə plan yerləri 100% dolub və boş yer qalmayıb. Yalnız xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 199 yer (2.49%) boş qalıb. Tələbə qəbulu aparılan 54 orta ixtisas təhsili müəssisəsinin 42-də plan qəbul planı 100% yerinə yetirilib.
Orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər avqustun 22-dən 31-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər).
Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2017
“Bakcell” biznes qurmaq istəyən gənclərə maliyyə ayırıb
17.11.2017
“Bakcell” biznes qurmaq istəyən gənclərə maliyyə ayırıb
17.11.2017
“Azəravtoyol” ASC-də YAP-ın 25 illiyi qeyd olunub
17.11.2017
Yevlaxda sakinlərə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub
17.11.2017
Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7725

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info