İxracatçılarımız EXPOALIMENTARIA sərgisinə dəvət alıb
Tarix: 22.08.2017 | Saat: 11:58:00 | E-mail | Çapa göndər


Peru Azərbaycanın neft-qaz sahəsindəki təcrübəsindən istifadə etməyə maraqlıdır.
Bunu “Trend”-ə müsahibəsində Perunun Azərbaycanda müvəqqəti işlər vəkili Luis Çanq Boldrini deyib. Diplomat qeyd edib ki, Peru öz neft-qaz sektorunu inkişaf etdirmək niyyətindədir: "Azərbaycanın bu sahədə, xüsusilə də qaz nəqli sahəsində təcrübəsi olan şirkətlərinin Peruda investisiya yatırmaq üçün böyük imkanları var. Belə layihələrdən biri qazı Amazoniyadakı yataqdan ölkənin qərb sahillərinə çatdıracaq boru kəməridir". O əlavə edib ki, iki ölkə arasında ticarətin və investisiyaların artımı üçün nəhəng imkanlar var: "Hazırda biz Peruda istehsal olunan qida malları və aqrar sənaye kompleksinin digər məhsullarının Azərbaycana ixrac imkanlarını öyrənirik. Həmçinin Azərbaycanın ərzaq məhsulları ixracatçılarını Peruda keçiriləcək EXPOALIMENTARIA aqrar sənaye və ərzaq yarmarkasında iştirak etməyə dəvət edirik".
L.Ç.Boldrini bildirib ki, Peru kakao, avokado, kofe, üzüm, qoz, şəkər, naringi, banan, manqo, krevet və digər qida mallarının mühüm istehsalçısıdır: "Azərbaycan bu məhsulların bir hissəsini digər ölkələrdən idxal edir. Peru malları Azərbaycana üçüncü ölkələr vasitəsilə gəlir".
Diplomat xatırladıb ki, hazırda iki ölkə arasında turizm, mədəniyyət və narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə sahələrində əməkdaşlıq haqqında sazişlərin imzalanması ilə bağlı danışıqlar aparılır: "Biz Azərbaycanla təhsil və müdafiə sahələrində də əməkdaşlıq qurmaq istəyirik".

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.07.2018
Strateji Yol Xəritəsinin ötən il üzrə nəzərdə tutulan hissəsinin 86 faizi icra edilib
17.07.2018
Neft Fondunun aktivləri 6,22 faiz artaraq 38 milyard dolları keçib
17.07.2018
“Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 21 faiz artıb“
17.07.2018
Mərdəkan-Qala avtomobil yolu bərpa olunur
17.07.2018
“Gürcüstan Azərbaycanın vergilər sahəsində təcrübəsinə maraq göstərir”

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9642

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Təxribatçıların çağırışlarına inanmayın”
4 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival
5 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info