Dişləri necə sağlam saxlayaq?
Tarix: 22.08.2017 | Saat: 13:27:00 | E-mail | Çapa göndər
Dişlərin sərt olmağına baxmayın. Əslində, onlar bizim ən həssas bədən üzvlərimizdəndir. Eyni zamanda bu həssas üvzlər bütün orqanizmimizi min bir xəstəlikdən qoruyur. Bu mənada kirpiklərə bənzəyirlər.
İnsan dişi olmasa, o, yeməyi xırdalaya bilməz və mədənin işi ağırlaşar. Bundan başqa, yemək borusu, bağırsaqlar tez aradan çıxar. Qara ciyər aktiv şirə ifraz etməz və s.
Biz ünsiyyət vaxtı qarşımızdakı insanın dişlərinə diqqət edərik. Çünki ünsiyyət sözlədir. Sözlər isə ağızdan çıxır. Dişlərdə orada yerləşir. Qarşımızdakı adam güləndə və danışanda onun dişlərinin ağlığı və parlaması insanda ona qarşı müsbət təəssürat yaradır.
Ona görə də onların sağlam saxlanılması vacibdir.
Bəs diş sağlamlığına necə fikir verməliyik?
Milli.Az bildirir ki, dişlərin sağlamlığına lap kiçik yaşlardan fikir vermək lazımdır. Məlumat üçün deyək ki, ana südü ilə bəslənən körpələr böyüyən zaman onlarda diş xəstəlikləri az-az müşahidə olunur. Dişlərin vasitəsi ilə qoz-fındıq sındırmaq olmaz. Dişləri təmizləmək (fırçalamaq), yemək yeyəndən sonra ağzı yaxalamaq lazımdır. Unutmayın ki, ağızdakı bakteriyalar gündə iki dəfə çoxalırlar. Ona görə də gündə iki dəfə ağzı qarqara etmək məsləhətdir.
"Xırt-xırt" edən meyvə və tərəvəzlər (məsələn kök, alma) diş ərpinin yaranmasının qarşısını alır.
Təhlükə diş pastası da ola bilər
Dişlər o qədər stateji üzv sayılır ki, ona hücum hər bir tərəfdən gəlir. Hətta ağardıcı diş məcunları da təhlükəli ola bilər. Dişdə aşındırmalara səbəb olar. Dükanlarda bəh-bəhlə aldığınız məcunlar, əslində, dişləri ağartmaz. Belə pastalarda aşındırıcı maddələr olur. Bu da diş minasını zədələyir.
Unutmayın ki, düm ağ rəngdə olan diş, əslində, normal diş deyil. Məsələn, əlinizə diqqətlə baxın. Orada xırda cızlar var. Onlar olmasa normal əl olmaz. Əslində, diş məcunlarından ifrat istifadə şiddətli ağartı verir. Diş üzərindəki təbii "ləkələri" aparır.
Bəs onda dişlərimizi fırçalamayaq?
Nəzərə alaq ki, biz dişlərimizi fırçalayanda əsas məqsədimiz onun üzərində olan mikro hissəcikləri yox etməkdir. Və bakteriyalardan ağzı təmizləməkdir.
Ona görə də saatlarla fırçanı ağızdan çıxarmamaq, yaxşı təmizlənsin deyə fırçanı bərk basmaq, bərk diş fırçalarından istifadə etmək olmaz. Diş fırçası 2-3, bəzən də 4 aydan bir dəyişilməlidir. Bundan başqa, fırçanızı çalışın yaxşıca yuyun. Hətta sabunla yumaq da olar. Çünki siz bundan əvvəl onunla diş fırçalamısınız və bakteriyalar onun tərkibində qalıb. Yeri gəlmişkən deyək ki, başqasının diş fırcasından istifadə etmək qəti qadağandır.
Dişləri gündə iki dəfə fırçalamaq lazımdır. Bunun üçün diş məcunundan iki noxud ölçüsündə istifadə məsləhət görülür. Fırçalama əməliyyatı bitdikdən sonra ağzınızı dərhal yuyun ki, pasta orada qalmasın.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2017
Almaniya klubunun bazasında bomba tapılıb
21.09.2017
Limon qabığının faydası
21.09.2017
Yeni sürətli qatar xəttə buraxılıb
21.09.2017
Fəhlə təkbaşına 20 ilə qəsr tikib
20.09.2017
Yol hərəkətinə mane olan maşınların sahibləri SMS vasitəsilə tapılacaq

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7346

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
5 Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
22.09 20:10 Badamlı peçenye
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info