“Gəncə Marafonu - 2017”-də iştirak üçün artıq 1000-dən çox şəxs qeydiyyatdan keçib
Tarix: 22.08.2017 | Saat: 13:43:00 | E-mail | Çapa göndər
Heydər Əliyev Fondunun təşəbbüsü ilə sentyabrın 17-də təşkil olunacaq “Gəncə Marafonu - 2017”-də iştirak üçün artıq 1000-dən çox şəxs qeydiyyatdan keçib.

Fonddan verilən məlumata görə, “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında regionlar arasında ilk dəfə keçiriləcək “Gəncə Marafonu - 2017”də qeydiyyat avqustun 14-dən başlayıb və sentyabrın 17-dək davam edəcək.

“Gəncə Marafonu - 2017”yə 16 yaşdan yuxarı hər kəs əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər.

“Gəncə Marafonu –2017” Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunur.

Regionda keçirilən ilk marafonda vəsaitlər Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi tərəfindən qarşılandığından fiziki şəxslər və korporativ yarışmaçılar iştirak üçün heç bir ödəniş etmir.

Marafon Gəncə şəhərində “Zəfər Tağı”ndan start götürərək Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, “Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edib Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edəcək.

Layihə regionlarda idmanın inkişafına dəstək, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyır.

“Gəncə Marafonu – 2017”nin mükafatlandırma mərasimi 2 kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları ilk 3 yer uğrunda mübarizə aparacaqlar.

Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar.

Marafonla bağlı yeniliklər, yarış ərəfəsində keçiriləcək məşqlər, qeydiyyat prosesi barədə ətraflı məlumat “Gəncə Marafonu–2017”nin rəsmi feysbuk səhifəsi - facebook.com/ganjamarathon və www.ganja.marathon.az saytında təqdim olunur.

Qeyd edək ki, “Gəncə Marafonu - 2017” ilə əlaqədar məlumat mərkəzi də fəaliyyət göstərəcək. Marafon iştirakçıları və tədbirlə maraqlananlar (012) 310 13 31 nömrəsi ilə əlaqə saxlayaraq, suallarını ünvanlaya bilərlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2018
Ədəbiyyat İnstitutunda 20 Yanvar faciəsinin ildönümü anılıb
18.01.2018
DQİDK-nın dəstəyi ilə Cocuq Mərcanlıda ilk layihə tədbiri keçirilib
18.01.2018
 Məktəblilərə zəruri biliklər verilib
18.01.2018
ADNSU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
18.01.2018
“20 Yanvar tariximizə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olub”

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8203

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
3 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info