Bayramı günlərində Baytarlıq Xidməti gücləndirilmiş iş rejimində çalışacaq
Tarix: 22.08.2017 | Saat: 13:44:00 | E-mail | Çapa göndər
Sentyabrın 1-i və 2-də Qurban bayramı ilə əlaqədar Bakıda təşkil olunacaq yarmarkalarda Kənd Təsərrüfatı Nazirliyiyanında Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli “APA-Economics”ə deyib ki, hələlik bununla bağlı müvafiq göstəriş verilməyib: “Amma hər il olduğu kimi, bu il də baytarlıq qurumu bütün ölkə üzrə gücləndirilmiş iş rejimində çalışacaq”.

Onun sözlərinə görə, bayram günlərində təmsil etdiyi qurumun fəaliyyəti yarmarkaya gətirilən heyvanların baytarlıq sənədinin yoxlanılması, onların müayinəsi, icazə verilmiş yerdə kəsiminin təmin edilməsi və heyvanların sağlamlığına tam nəzarəti həyata keçirməkdən ibarət olacaq.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə hər il İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində paytaxtda və Bakıətrafı qəsəbələrdə bazarlardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışı təşkil edilir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2017
“Bakcell” biznes qurmaq istəyən gənclərə maliyyə ayırıb
17.11.2017
“Bakcell” biznes qurmaq istəyən gənclərə maliyyə ayırıb
17.11.2017
“Azəravtoyol” ASC-də YAP-ın 25 illiyi qeyd olunub
17.11.2017
Yevlaxda sakinlərə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub
17.11.2017
Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7719

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 İşə qəbul üzrə növbəti müsabiqə  
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info