İşğalçı Ermənistan ordusunda cinayətlərin sayı artır
Tarix: 22.08.2017 | Saat: 18:43:00 | E-mail | Çapa göndər
Ölkəmizin artan iqtisadi və hərbi qüdrəti tezliklə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına imkan verəcək

İşğalçı Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdə yerləşən bölmələrində növbəti cinayət hadisəsi qeydə alınıb. Madagiz hərbi bazasında şəxsi heyət arasında nizamnamədən kənar qarşılıqlı münasibətlərin pozulması nəticəsində əsgərlər Asatryan və Arsen Markaryan ciddi bədən xəsarətləri alıblar. Xidməti vəzifələrini yerinə yetirən alayın 4-cü taborunun hər iki əsgəri yuyunma yerinin təmizlənməsindən imtina etdikləri üçün taqım komandiri Aşot Gevorkyan tərəfindən vəhşicəsinə döyülərək hospitala yerləşdirilib.
Bundan əlavə, məlum olub ki, elə həmin gün bu alayın 2-ci taborunun əsgəri Qaqik Martirosyanın da hələlik naməlum şəraitdə barmağı sındığı üçün hospitala aparılıb. Ağdərə ətrafında yerləşən digər bölmədə odlu silahdan istifadə qaydalarının pozulması səbəbindən Hraç adlı əsgər barəsində açılan cinayət işi ilə əlaqədar hərbi qulluqçular Aram Mardinyan, Alyoşa Barseğyan, Apres Qriqoryan və Harutyun Hakopyan istintaqa cəlb olunublar. Yenə də Ağdərədə yerləşən işğalçı ordunun hərbi hissədə müqavilə əsasında xidmət edən hərbi qulluqçusu Armen Yeğazaryan tərəfindən kiçik rütbəli zabitin döyülməsi, o cümlədən fərarilik və mobil telefondan istifadə etmə faktları üzrə cinayət işləri açılıb. Ümumiyyətlə, işğalçı ölkə ordusunda cinayət hallarının sayı sürətlə artır. Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan mətbuatı Şirak vilayətinin Hatsik kəndində 19 yaşlı əsgər Abas Sloyanın intiharı ilə bağlı xəbər yaymışdı Məlumata görə, Armavir şəhərində xidmət keçən əsgər yoldaşları tərəfindən fiziki zorakılığa və təhqirlərə məruz qalıb. Buna dözməyərək kazarmadan qaçan A.Sloyan əmisinin evində özünü asaraq intihar etmiş vəziyyətdə tapılıb. Eyni hal Nubaraşen hərbi hissəsində də qeydə alınıb. Vardan Melkonyan adlı əsgər intihar edib. Yaxınları isə onun öldürüldüyünü iddia edirlər. İşğalçı ölkənin ordusundakı qətl və intiharların artması cəmiyyətdə kəskin narazılığa səbəb olub. Dəfələrlə Müdafiə Nazirliyinin və hökumət binasının qarşısına toplaşan vətəndaşlar övladlarının qatilinə çevrilmiş hökumətin istefasını tələb edirlər. Vətəndaşlar bildirirlər ki, oğulları hakim rejimin qurbanlarıdır. Onların övladları hərbi xidmətdən ya əlil kimi qayıdır, ya qətlə yetirilir, ya da intihar edirlər. Bu cür hallara son qoyulmasını istəyən valideynlər cəmiyyətə çağırış ediblər. Onlar tövsiyə edirlər ki, hər kəs övladlarını Ermənistan ordusundan yayındırsın. Etirazçılar, əsasən də gəncləri Qarabağa göndərməkdən çəkinməyə səsləyiblər. Çağırışda, əsasən, “Qarabağ bizim torpağımız deyil. Uşaqlarınızı rejimin qurbanına çevirməyin. Əks təqdirdə indi aksiya keçirən anaların aqibəti ilə üz-üzə qalacaqsınız”, - deyə valideynlərə müraciət edilib. Həmçinin qeyd olunub ki, cəbhədə vəziyyət daha acınacaqlıdır. Hərbi hissələrdə sosial şərait bərbad vəziyyətdədir. Yemək keyfiyyətsizdir. Hətta zabit ailələri dözülməz şəraitdə yaşayırlar. Hərbi hissələrdə isə intizamsızlıq hökm sürür. Cinayət hallarının artdığı Ermənistan ordusunundan fərqli olaraq Azərbaycan Ordusu daha da güclənərək dünyanın ən güclü ordularından birinə çevrilib. Hələ ki, danışıqlara sadiq qalan ordumuz istənilən an torpaqlarımızı işğaldan azad etməyə qadirdir.

Ermənistanın hərbi təcavüzü nəticəsində 52 min 600 nəfər cəbrayıllı doğma yurd-yuvasından didərgin düşüb
Bu fikirlər Azərbaycan Xalça Muzeyində Cəbrayıl rayonunun işğalının 24-cü ildönümünə həsr olunmuş “Vüsal körpüsü” adlı tədbirdə də səsləndirilib. Azərbaycan Xalça Muzeyi Şuşa filialının təşkilatçılığı ilə gerçəkləşən tədbirdə əvvəlcə Vətən torpaqları uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin “İşğal olunmuş ərazilərin tarixi, diyarşünaslıq muzeylərinin eksponatlarından ibarət müxtəlif sərgilərin təşkili edilməsi ilə bağlı” verdiyi müvafiq əmrə əsasən təşkil edilib. Tədbirin təşkil olunmasında məqsəd Azərbaycanın dilbər güşələrindən olan Cəbrayıl rayonunun işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi problemini cəmiyyətə çatdırmaqdır. Muzeyin direktoru deyib ki, qədim tarixə malik eksponatların sərgilənməsi ilə yanaşı, işğal olunmuş ərazilərimizdə dağıntılara məruz qalmış tarixi abidələrin təbliği mühüm əhəmiyyət kəsb edir. Ş.Məlikova rəhbəri olduğu Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan Milli Komitəsinin bu istiqamətdə gördüyü işlərdən söz açaraq vurğulayıb ki, bu yöndə bir sıra layihələr həyata keçirilib. Qeyd edilib ki, İCOM-un müvafiq layihələri çərçivəsində ölkəmizin işğal olunmuş ərazilərində yerləşən muzey eksponatlarının siyahısı hazırlanaraq elmi tədqiqatlar aparılıb, onların tarixi, mənşəyi və digər məlumat daşıyıcıları tədqiq edilib.

Təkcə Cəbrayıl rayonun işğalından dövlətimizə dəyən zərər 7 milyard dollar civarındadır

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək rayon haqqında iştirakçılara məlumat verib. Vurğulanıb ki, Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri, eyni zamanda dini təyinatlı abidələri ilə zəngin rayonlarından hesab olunur. 23 avqust tarixi hər bir cəbrayıllının həyatında ən kədərli gün kimi xatırlanır. Çünki rayon camaatı bu tarixdən etibarən öz doğma ata-baba yurdundan didərgin düşüb. Rayonun işğal edildiyi vaxtlar Bakıda hakimiyyət uğrunda gedən siyasi çəkişmələr, könüllü batalyonlar arasında hökm sürən gərginlik rayonun müdafiəsinə mənfi təsir göstərirdi. Nəticədə Cəbrayıl təklənib və erməni quldurları 1993-cü il avqustun 23-də 1050 kvadratkilometr ərazisi olan rayonu işğal edib. Ermənistanın hərbi təcavüzü nəticəsində 52 min 600 nəfər cəbrayıllı doğma yurd-yuvasından didərgin düşərək ölkənin 53 şəhər və rayonunda məskunlaşıb. Hesablamalara görə təkcə Cəbrayıl rayonunun işğalından dövlətimizə dəyən zərər 7 milyard dollar civarındadır. Bildirilib ki, doğma yurdun müdafiəsi zamanı 375 cəbrayıllı şəhid, 230 nəfər isə əlil olub. K.Həsənov Prezident İlham Əliyevin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan danışaraq ölkəmizin gündən-günə artan iqtisadi və hərbi qüdrətinin tezliklə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına imkan verəcəyinə, bununla da daha bir tarixi ədalətsizliyə son qoyulacağına əminliyini ifadə edib. Tədbirdə qeyd edilib ki, işğalçılara qarşı döyüşlərdə Azərbaycanın digər bölgələrində olduğu kimi, Cəbrayıl rayonunun müdafiəçiləri də böyük şücaət göstəriblər. Qeyd edilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən ordu quruculuğu sahəsində uğurlar qazanılıb. Müdafiə Nazirliyinin zabiti, mayor Ramil Səfərov da çıxışında boya-başa çatdığı rayon haqqında fikirlərini bölüşüb. Düşmən tapdağı altında olan torpaqlarımızın tezliklə işğaldan azad edilməsinə inamının ifadə edən R.Səfərov ölkəmizin dünya dövlətləri arasında söz sahibi olduğunu qeyd edib. Dünyada gedən qarışıq proseslərdən söz açan natiq deyib ki, Azərbaycan gəncliyi hər zaman bu proseslərə gözüaçıq yanaşmalıdır. Tədbir çərçivəsində qonaqlar Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət sərgi ilə də tanış olublar.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2017
Meksika KİV: Deputatların Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri Meksika-Azərbaycan əlaqələrinə zərər yetirir
16.11.2017
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vyanada görüşünün keçirilməsi təklif olunub
15.11.2017
“Ermənistan get-gedə daha artıq dərəcədə vassal dövlətə çevrilir”
14.11.2017
Xocalı soyqırımın bəhs edən kitab İsraildə ingilis dilində çap olunub
13.11.2017
“Reshet Bet” radiostansiyası: “Ermənistanın Azərbaycana qarşı hərəkətləri işğaldır”

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7725

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info