Moskvada musiqi və texnologiyalar festivalı təşkil ediləcək
Tarix: 22.08.2017 | Saat: 19:59:00 | E-mail | Çapa göndər
Avqustun 24-dən 27-dək Moskvada “Synthposium” adlı musiqi və texnologiya festivalı keçiriləcək.
Festivalın saytı synthposium.ru xəbər verir ki, festival çərçivəsində açılacaq sərgidə 50-ə yaxın müstəqil və dünya brendi öz texnologiyasını təqdim edəcək.
Bu festival, hər il musiqi sahəsində olan innovasiyalar və aparıcı səs mühəndisliyinin əyləncəli və maarifləndirici formada təqdim olunduğu “Mutek” və “Sónar+D” festivallarının Rusiyadakı davamıdır.
Festivalın musiqili hissəsinə 150 yerli və xarici ifaçı qatılacaq. Həmçinin əsas qonaq qismində isə, bir çox şirkətlər üçün musiqi bəstələmiş, hazırda isə Google şirkətinin səs layihələrinin rəhbəri Riçard Devayn iştirak edəcək.
Festivalın maarifləndirici proqramı çərçivəsində “İlk Sovet sintezatorunun atası” kimi tanınmış Vladimir Kuzmin ilə görüş keçiriləcək. Həmçinin iştirakçılar “Korg” şirkətinin sintezatorlarını layihələndirən Tatsuya Taxakasinin leksiyasına qatıla biləcəklər. Eyni zamanda, britaniyalı yazıçı və bəstəkarların məsləhətçisi, elmi-fantastik filmlər uçun musiqi bəstələyən Metyu Suitin də məruzəsi dinləniləcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2017
Qara sazın mahir ifaçısı
17.11.2017
“Nar bağı” filmi “Ən yaxşı film” seçilib
16.11.2017
50 yaşlı Xalça Muzeyi
15.11.2017
İstiqlal Muzeyində tədbir keçirilib
15.11.2017
Moskvada Kərim Kərimovun yubileyi qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7715

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 İşə qəbul üzrə növbəti müsabiqə  
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info