Avropanın enerji bazarında savaş: Litva Amerika təbii qazını qəbul edən ilk Avropa ölkəsi oldu
Tarix: 22.08.2017 | Saat: 20:00:00 | E-mail | Çapa göndər
Litva ABŞ-dan sıxılmış təbii qaz partiyasını alan ilk Avropa ölkəsi kimi tarixə düşə bilər. Bu barədə “Euronews” məlumat yayıb. Marşal adalarının bayrağı altında Klaypedı limanına gələn Amerika tankerində təxminən 140 min kubmetr xammal var. Litva hakimiyyəti müntəzəm olaraq ABŞ-dan qaz yanacağının tədarükü hesabına ölkəsinin və Baltik regionunun bütövlükdə enerji müstəqilliyini gücləndirəcəyinə ümid edir.
Qeyd edək ki, bu ilin iyun ayında Litva ilə ABŞ-ın “Şenye” enerji şirkəti arasında imzalanmış razılaşmaya əsasən sıxılmış təbii qazın ilk hissəsi artıq bu ölkəyə gətirilib. Şirkət tərəfindən bu ölkəyə növbəti sıxılmış qazın gətirilməsi sentyabr ayının ortalarına təsadüf edəcək. Litva Enerji Nazirliyi ABŞ-dan gətirilən sıxılmış təbii qazın ölkə istehlakçıları üçün qiymətin azaldılmasına və təkcə Litvanın deyil, həmçinin Baltikyanı ölkələrin enerji müstəqilliyini gücləndirəcəyinə böyük təkan verə biləcəyinə ümid edir. Qeyd edilməlidir ki, Litvanın xarici işlər naziri Linas Linkeviçyus da “Reyter” agentliyinə verdiyi açıqlamada bu ticarəti bütün bölgə üçün son dərəcə əhəmiyyətli bir addım kimi dəyərləndirib. Litvanın enerji naziri Jiqimantas Vayçyunas isə verdiyi açıqlamada bu təchizatın ölkəsində yalnız enerji müstəqilliyini deyil, həm də qaz tədarükçüləri arasında rəqabətin gücləndiriləcəyini bildirib. Litvanın xarici işlər naziri Linas Linkeviçyus deyib: “Biz Amerika ilə əlaqələrimizi, müdafiə və təhlükəsizliklə yanaşı, bir çox istiqamətlərdə gücləndirmək istəyirik. Məhz bu baxımdan enerji ticarəti əməkdaşlığın strateji sahələrindən biridir”. “The Wall Street Journal” nəşri yazır ki, Vaşinqton bu ilin iyununda gələcəkdə AB-nin bütün ərazisi üçün mərkəz olmaq istəyən Polşa ilə də təbii qazın daimi çatdırılması barədə razılığa gəlib. Bəzi müşahidəçilər əminliklə deyir ki, ABŞ-ın təbii qaz ixracı Avropa bazarında Rusiya ilə ciddi rəqabət yaradır. “The Wall Street Journal” nəşrinin məlumatına görə ABŞ-ın Avropa bazarında iştirakını artırmaq təşəbbüsü Moskvanın güclü müqavimətilə qarşılanır. Hazırda Rusiya bütün Avropa Birliyinin qaz bazarının üçdə bir həssəsini tutur. “The Wall Street Journal” yazır ki, Rusiya vacib bölgədə lider mövqeyini saxlamaq üçün ixrac etdiyi qazın qiymətlərini azaltmaqla yanaşı, satış metodlarını də dəyişməyə çalışır. Təbii ki, ABŞ-ın Avropa ölkələrinə sıxılmış qaz satması bazarda rəqabətin artmasına gətirib çıxaracaq.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.11.2017
Meksika KİV: “Deputatların işğal olunmuş ərazilərə qanunsuz səfəri Meksika-Azərbaycan əlaqələrinə zərər yetirir”
17.11.2017
“Ermənilərdən kimlərsə Rusiyada qanun qarşısında hamının bərabər olduğunu anlaya bilməyib”
17.11.2017
“Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik”
16.11.2017
Dariqa Nazarbayeva yeni vəzifəyə təyin olunub
16.11.2017
Ermənistan səfirliyi qarşısında aksiya keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7719

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 İşə qəbul üzrə növbəti müsabiqə  
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info