Ermənistanda sosial gərginlik davam edir
Tarix: 23.08.2017 | Saat: 14:14:00 | E-mail | Çapa göndər
Ermənistanda sosial gərginlik davam edir. İşğalçı ölkədə növbəti etiraz dalğası Lori bölgəsində baş qaldırıb.
AZƏRTAC xəbər verir ki, bir müddət əvvəl qızıl mədənlərinə gedən yolu bağlayan vətəndaşlar ölkədə özbaşınalıqlara son qoyulmasını tələb edirlər. Kəndlilər deyirlər ki, hökumət illərdir onların taleyi ilə maraqlanmır. Bu yerlərdə həyat dayanıb, Ardvidə yalnız səfalət, işsizlik, hökm sürür. Sakinlər problemlərinə çarə tapmaq üçün özləri layihə hazırlayaraq hökumətə təqdim ediblər. Onlar bu yerlərin gözəl təbiəti olduğunu əsas gətirərək, dövlət qurumlarından kənddə turizmin inkişafına dəstək istəyiblər.
İndi sakinlər bu addımı atmalarına peşmandırlar. Çünki dağ-mədən şirkətlərinin diqqətini çəkiblər. Kəndin ərazisində yerləşən dağlarda qızıl yataqları var. Ardvidə yaşayanlar deyirlər ki, əgər orada qazıntı işlərinə başlanılarsa onları bu yerlərdən didərgin salacaqlar. Onsuz da bir vaxtlar yüzlərlə ailənin yaşadığı kənddə indi az adam qalıb. Buna səbəb isə yoxsulluğun gətirdiyi sosial problemlərdir. Belə yaşayışa dözə bilməyən sakinlər ev-eşiklərini qoyub xaricə üz tutublar. Ölkədən getməyə imkan tapa bilməyənlər isə burada qalıb min bir əziyyət içində yaşamağa məcburdurlar. Onlar kəndlərindəki qızıl mədəninin tapılmasına imkan verməyəcəklərini deyirlər. Ona görə də etirazçılar bir müddət əvvəl ekoloqların, parlament nümayəndələrinin, Ermənistan Ekologiya Nazirliyinin əməkdaşlarının qızıl yatağı olan Ardvi kəndinə daxil olmasına imkan verməyiblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2017
Özbəkistan portallarında AÇG üzrə yeni saziş haqqında materiallar verilib
20.09.2017
Regionlarda könüllülük proqramına start verilib
19.09.2017
Sarkisyanın əhalini artırmaq vədinə ermənilər özləri də inanmırlar
19.09.2017
Moldovada yeni siyasi konflikt: naziri kim təyin etməlidir?
19.09.2017
Rusiya Xəzər Dəniz Flotiliyasının hərbi gəmiləri Bakıya gəlib

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7320

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Prezident təqaüdü alacaq tələbələrin adları məlum oldu
3 “Dünya azərbaycanlılarının palitrası” kitabının Daşkənddə təqdimatı keçirildi
4 “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimi keçirilib
5 Azərbaycanlı güləşçi Özbəkistanda çempion olub
20.09 12:51 Neft bahalaşır
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info