Azərbaycan tibbində ilk
Tarix: 23.08.2017 | Saat: 16:45:00 | E-mail | Çapa göndər
Bütün dünyada donor qıtlığının olduğu, donorlarla xəstələrin nisbəti tərs mütənasib olduğu bir zamanda problemin həll yollarından biri də çarpaz orqan transplantasiyasına üz tutmaqdır. Çarpaz orqan transplantasiyası donorların özlərinə uyğun olmayan xəstələrin uyğun olacaq başqa cütün donoru ilə dəyişdirməkdir. Çarpaz transplantasiya əsasən qan qrupu uyğun gəlməyən cütlüklər arasında əməliyyat olma şansını artırır.
Bu günlərdə ölkəmizdə ilk dəfə Neftçilər Xəstəxanasında çarpaz əməliyyat icra olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əməliyyatı icra edən xəstəxananın cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri M.Kazımi çarpaz orqan transplantasiyasının dünyada da nadir tətbiq olunduğunu qeyd edib. Onun sözlərinə görə, xəstəxanaya birinci xəstə böyrək çatmamazlığı ilə müraciət edəndə ona böyrək köçürülməsinə ehtiyac olduğu bildirilib. Xəstənin donoru həyat yoldaşı olsa da onların qan qrupları uyğun olmadığı aşkarlanıb. Bu zaman onlara analoji problemlə üzləşmiş digər bir cütlüklə çarpaz transplantasiya, yəni, donorların dəyişdirilməsi yolu ilə əməliyyat məsləhət olunub. Hər iki ailələr görüşüb, tanış olub və çarpaz transplantasiyaya razılıq veriblər.
Daha sonra əməliyyat hazırlığına start verilib. Bir neçə gün hazırlıq işlərindən sonra əməliyyat icra olunub. Bir gündə 4 nəfər əməliyyat olunub. İki şəxsin həyatı xilas edilib, əvvəlki sağlamlığına qovuşub.
Donorlar artıq evə yazılıblar, səhhətlərində hər hansı bir problem yoxdur. Xəstələrin vəziyyətləri stabildir və bu günlərdə evə buraxılacaqlar.
Bu günə qədər cərrahiyyə və orqan transplantasiyası şöbəsində 500-ə yaxın xəstə üzərində orqan koçürülməsi icra edilib. Bunlardan 107 xəstəyə qaraciyər, 365 xəstəyə isə böyrək köçürülüb.
Xəstələrin bir qismi azyaşlılardır. Bundan əlavə isə bu günə kimi orqan köçürulən 9 qadın dünyaya sağlam övlad gətirib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2017
İnşaatçılar sadələşdirilmiş vergi və ya ƏDV metodunun birini seçə bilərlər
20.09.2017
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin nəzərinə
20.09.2017
BSU əməkdaşlığını genişləndirir
20.09.2017
Dəmir yolunda “Sağlamlıq günü“ keçirilib
20.09.2017
Məhkumlar arasında intellektual oyun keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7320

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Prezident təqaüdü alacaq tələbələrin adları məlum oldu
3 “Dünya azərbaycanlılarının palitrası” kitabının Daşkənddə təqdimatı keçirildi
4 “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimi keçirilib
5 Azərbaycanlı güləşçi Özbəkistanda çempion olub
20.09 12:51 Neft bahalaşır
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info