Taekvandoçumuz Ümumdünya Yay Universiadasında qızıl medal qazanıb
Tarix: 23.08.2017 | Saat: 19:42:00 | E-mail | Çapa göndər
Tayvanın Taypey şəhərində keçirilən iyirmi doqquzuncu Ümumdünya Yay Universiadasında Azərbaycanın taekvando üzrə milli komandasının üzvü Milad Beigi Hərçəqani qızıl medal qazanıb. Universiadanın taekvando yarışlarında kişilərin mübarizəsində Milad Beigi Hərçəqani (80 kq) portuqaliyalı idmançı Jean Miçel Fernandesə 29:1, rusiyalı idmançı Boqdan Greçkinə 25:8, yaponiyalı Hidenori Ebatana 32:15 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda ev sahibi ölkənin idmançısı Liu Vei-Tinglə görüşən idmançımız rəqibini mübarizədən kənarlaşdıraraq finala adlayıb – 12:4. Həlledici qarşılaşmada bu il Dünya Çempionatında məğlub etdiyi ispaniyalı Raul Garsia Martinezlə üz-üzə gələn Milad rəqibinə 6:3 hesabı ilə qalib gələrək Universiadanın qalibi olub. Qeyd edək ki, Azərbaycan yarışda 12 taekvandoçu ilə təmsil olunur. Avqustun 22-də döşək üzərinə çıxan digər idmançımız Ayxan Tağızadə yalnız finaldakı rəqibinə məğlub olaraq Universiadanın gümüş medalını əldə edib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2017
Qadın voleybolçular arasında Avropa çempionatı
21.09.2017
Kavani: “Neymara kömək etməliyik“
21.09.2017
Ndlovu Avropa klublarının maraq dairəsində
20.09.2017
UEFA Avropa Liqasının finalı Bakıda keçiriləcək
20.09.2017
Milli Olimpiya Komitəsinin 25 illik yubileyi qeyd olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7346

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
5 Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
22.09 20:10 Badamlı peçenye
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info