Zığ-Suraxanı yolunun bir hissəsi yenidən qurulur 
Tarix: 24.08.2017 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Suraxanı rayonunun Zığ - Suraxanı avtomobil yolunun Etibar Bəkirov və Səttar Bəhlulzadə küçələri arasında yerləşən 2.7 km-lik hissəsinin yenidən qurulması işlərinə başlanılıb.
“Azəravtoyol” ASC-dən verilən məlumata görə, təmir-tikinti işləri zamanı yol genişlədirilərək 12 m-ə çatdırılır. Yolun hərəkət hissəsinin eni 9 m təşkil edir.
Sözügedən yol uzun müddət idi ki, təmir olunmurdu və intensiv hərəkət nəticəsində asfalt-beton örtükdə qabarmış, dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətində problemlər yaradırdı. Artıq bu problem tam olaraq aradan qaldırılır.
Aparılan işlər zamanı köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək yeni yol yatağı, qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət isə yol əsasının inşası aparılır. Yol boyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənir, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılır.
Torpaq işləri yekunlaşdıqdan sonra yolun asfaltlanmasına start veriləcək. Ümumilikdə 2 qat olmaqla yolun 30 min m2-ə yaxın sahəsinə yeni asfalt-beton örtük döşənəcək.
Layihə çərçivəsində vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə 1.5 metr enində yeni piyada səkilərinin tikintisi nəzərdə tutulub. Səkilərin kənarına 6.5 min p/metr yeni səki daşı düzüləcək.
Səth sularının yolun hərəkət hissəsindən ötürülməsini təmin etmək məqsədi ilə 4 yerdə xüsusi quyular tikilərək yağış barmaqlıqları, həmçinin gələcəkdə yola ziyan vurmadan yeraltı kommunikasiya xətlərinin keçirilməsi üçün bir-neçə yerdə ehtiyat keçidlər qoyulacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Azərbaycanda metanol istehsalının həcmi nə qədərdir?
24.08.2019
Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib
24.08.2019
Rusiya şirkəti Azərbaycana dondurma ixrac etməyi planlaşdırır
24.08.2019
Yeddi ayda işsizlikdən sığorta ödənişinin orta məbləği 229,1 manat olub
24.08.2019
Astara-Astara dəmiryol terminalında tikinti işləri bərpa edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info