Əzizağa Məmmədovun 60 illik yubileyi qeyd edilib
Tarix: 28.08.2017 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Filarmoniyasında tanınmış müğənni, Azərbaycanın Xalq Artisti Əzizağa Məmmədovun 60 illik yubileyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək qədim diyarımızda sənət adamlarına yüksək diqqət və qayğı göstərildiyini bildirib. Nazir deyib ki, bu gün anadan olmasının 60 illiyini qeyd etdiyimiz Əzizağa Məmmədovun yubileyi də bu ənənələrin davam etdirilməsinin gözəl nümunəsidir.
Nazir Xalq Artisti Əzizağa Məmmədovu 60 yaşının tamam olması münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.
Bildirilib ki, tanınmış müğənni həyatının 40 ilini musiqi mədəniyyətimizin inkişafına həsr edib. Erkən yaşlarından musiqiyə həvəsi onu Ordubad rayonunda fəaliyyət göstərən “Təravət” xalq çalğı alətləri ansamblına gətirib. Bir qədər burada çalışdıqdan sonra Naxçıvan şəhərinə gəlib. 1979-cu ildən Naxçıvan Dövlət Filarmoniyasının müğənnisi kimi fəaliyyət göstərib. Həyatını musiqiyə həsr edən istedadlı müğənni tez bir zamanda xalq və bəstəkar mahnılarını, təsniflərimizi özünəməxsus ifa etməklə tamaşaçı rəğbəti qazanıb. Onun repertuarındakı “Azərbaycan maralı”, “Sarı gəlin” və başqa onlarla xalq mahnısı bir sıra xarici ölkələrdə də səslənib və alqışlarla qarşılanıb. Müğənni xalq mahnı və təsniflərinin gözəl ifaçısı olmaqla yanaşı, həm də çoxsaylı bəstəkar mahnılarının ifaçısı kimi də tanınıb.
Qeyd olunub ki, Əzizağa Məmmədovu fərqləndirən bir cəhət də onun repertuarında həmişə Azərbaycan və qədim Naxçıvanımız, Vətən və dövlət sevgisi haqqında mahnıların əsas yer tutmasıdır. “Naxçıvan”, “Batabat”, “Nə gözəldir, Azərbaycan”, “Üçrəngli bayrağım”, “Azərbaycan oğluyam” və başqa mahnılar onun tərəfindən sevilə-sevilə oxunub.
Əzizağa Məmmədovun musiqi mədəniyyəti sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 2003-cü ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti”, 2006-cı ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 2008-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb və Prezident mükafatçısı olub.
Tədbirdə Xalq Artistinin sənət dostları Naxçıvan Dövlət Filarmoniyasının direktoru, Azərbaycanın Əməkdar Artisti Elman Əliyev, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar Mədəniyyət İşçisi Asim Əliyev, Əməkdar İncəsənət Xadimi Kamal Əhmədov, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi, tarzən Əkrəm Məmmədov, Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti, tarzən Zöhrab Axundov və başqaları öz ürək sözlərini bölüşüblər.
Tədbirdə tanınmış müğənninin sənət dostlarının ifasında mahnılar və musiqi əsərləri səsləndirilib.
Sonda yubilyar Əzizağa Məmmədov çıxış edərək yaradıcılığına yüksək qiymət verildiyi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib, musiqi mədəniyyətimizin inkişafı üçün bundan sonra da fədakarlıqla çalışacağını deyib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mədəniyyət naziri Qusarda vətəndaşlarla görüşüb
25.09.2018
Azərbaycan-UNESCO əməkdaşlığının daha da inkişaf etdirilməsinə hazırıq
24.09.2018
“Dopdolu bu dünya kəmdi gözümdə ... “
24.09.2018
Festivalın bağlanış konserti Heydər Əliyev Mərkəzində keçiriləcək
24.09.2018
İsa Həbibbəyli: “Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatının inkişafına sanballı töhfələr verib”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info