Ətrini dəyişən plümeriya
Tarix: 29.08.2017 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


Tropik bitki sayılan plümeriya təbiətdə 5-8 metr hündürlükdə olan iri ağacdır və daha çox Cənubi Amerika, Karib adaları və ABŞ-ın cənub ştatlarında yayılıb. Plümeriya ətir və təravətini uzun müddət saxladığına görə həmin ölkələrdə qadınlar saçlarını onun çiçəkləri ilə bəzəyir.
AZƏRTAC xəbər verir ki, subtropik iqlimli ölkələrdə onu dekorativ məqsədlə park və bağçalarda əkirlər.
Plümeriya ağ, sarı, çəhrayı, al qırmızı və mərcan rənginə qədər çaları olan çiçəklər açır. Adətən hər çiçək 5, bəzi növlərdə isə 4, 6 və ya 7 ləçəkdən ibarət olur, iri çiçək qrupunda toplanır. Plümeriyanın çiçəkləri zərif və xoşagələn ətrə malikdir. Həmin xüsusiyyətinə görə XVI əsrdə italyan zadəganı Franjipani ondan ətir almaq üçün istifadə etmiş və alınan ətrin çaları ətraf mühitdən asılı olaraq dəyişmək xüsusiyyəti daşımışdı. Onun şərəfinə plümeriyanı bəzən franjipani də adlandırırlar.
Yarpağını tökən bitkilərə aid olduğuna görə qış aylarında yaşıl hissəsi tam və ya qismən tökülür. Sükunət dövrü cəmi bir neçə həftə davam edir.
Ev şəraitində dibçəkdə yetişdiriləndə kiçik ağac formasında olur və müasir dövrdə seleksiyaçı alimlər plümeriyanın çoxlu hibrid formalarını əldə etmişlər. Təbiətdə yalnız yayda çiçəkləsə də, otaq şəraitində ildə bir neçə dəfə çiçək açır. Bunun üçün plümeriyaya gün ərzində 6 saatdan az olmayaraq işıqlı mühit yaratmaq və çiçəkləyən bitkilər üçün nəzərdə tutulan mineral gübrələr vermək lazımdır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Uçan avtomobillər yaxin gələcəkdə real ola bilər
20.10.2019
Bu tabutlar son illərin ən böyük tapıntıları oldu
19.10.2019
Turistlər övladlarını qatarda unutdu
19.10.2019
NASA iri asteroidin Yerə yaxınlaşdığı barədə xəbərdarlıq edib
19.10.2019
Hindistanda kişi dəfn zamanı “dirilib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info