Gələn il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq
Tarix: 29.08.2017 | Saat: 21:38:00 | E-mail | Çapa göndər


Gələn il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, bəzi məsələlər daha da təkmilləşməlidir. Onun sözlərinə görə, yeni qaydaların hazırlanması zamanı həmin məsələlər nəzərə alınacaq. Nazirlik rəsmisi qeyd edib ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 50 minə yaxın namizəd qeydiyyatdan keçib: “Onlardan 40 minə yaxını müsabiqənin test mərhələsində iştirak edib. Bu mərhələdən keçənlər növbəti mərhələdə vakansiya seçimi və müsahibə mərhələlərində iştirak edib. Müsahibə mərhələsində 400-ə yaxın namizəd uğur qazana bilməyib. Ümumilikdə, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən 4 minə yaxın namizəd müəllim adını qazanıb”. 
E. Bağırov qeyd edib ki, əvvəlki illərdə müəllimlərin işə qəbul müsabiqəsindən uğurla keçənlər təqvim ilinin sonunda diaqnostik qiymətləndirməyə cəlb olunurdu və növbəti ildən onların əmək haqları artırıldı: “Artıq Prezidentin sərəncamına əsasən, müəllimlərin işə qəbulu müsabiqəsindən keçən namizədlər diaqnostik qiymətləndirilməsi aparılan namizədlərə bərabər tutulur. Növbəti təqvim ilində işə qəbulu müsabiqəsindən keçərək təyinat alan müəllimlər artımla əmək haqqı alacaqlar”.
 
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir”
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info