“Azərbaycan həqiqətlərinin sosial və internet mediada təbliği” layihəsi uğurla reallaşdırılıb
Tarix: 30.08.2017 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


“Xarici internet və sosial mediada Azərbaycan həqiqətlərinin yayılması günün tələbidir” adlı kitabça nəşr edilib

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən “Azərbaycan həqiqətlərinin sosial və internet mediada təbliği” layihəsi çərçivəsində “Xarici internet və sosial mediada Azərbaycan həqiqətlərinin yayılması günün tələbidir” adlı kitabça nəşr edib. Kitabçada adıçəkilən layihənin icrası, təlimlərin və saytda əksini tapmış məqalələrin yeni ideyaverici məqamları əsasında əksini tapmış məlumat və şəkillərlə yanaşı, Azərbaycan həqiqətlərinin təbliği yönündə ekspert, diaspor və gənclər təşkilatları nümayəndələrinin fikirləri yer alıb. Kitabça müvafiq sahə üzrə ekspertlər, gənclər təşkilatları, diaspor nümayəndələri arasında paylanmaq üçün nəzərdə tutulub. Kitabçanın çap olunması və paylanması ilə “Azərbaycan həqiqətlərinin sosial və internet mediada təbliği” layihəsinə yekun vurulub.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində, həmçinin, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Sosial şəbəkələrdə Azərbaycan həqiqətləri, Qarabağ problemi mövzusunda aktiv və düzgün iştirak”, “Xarici internet mediada Azərbaycan həqiqətləri və Qarabağ problemi mövzusunda kəsərli məqalələrlə çıxış”, Bakı İslam Universitetində xarici dil bilən və internetdə aktiv olan gənclər üçün “Azərbaycan həqiqətləri və Qarabağ problemi mövzusunda effektli bloqçuluq” mövzularında təlimlər keçirilib. Təlimlərdə 65-dən artıq gənc mütəxəssis və tələbə iştirak edib. Təlimlərdə xarici dillərdə Azərbaycan həqiqətləri və Qarabağ problemi mövzusunda yazılarla, statuslarla və bloqçu kimi çıxış etməyin effektli yolları iştirakçılara başa salınıb, gənclərə Azərbaycan həqiqətləri, Qarabağ probleminin dünyada təqdimatı mövzusunda məlumatlar verilib, mənbələr göstərilib. Sonda təlimləri uğurla başa vurmuş gənclərə sertifikatlar təqdim edilib. Həmçinin, layihə çərçivəsində “Yenimedia.info” saytı Azərbaycan həqiqətləri və Qarabağ problemi ilə bağlı mövzulara və xarici internet və sosial mediada işıqlandırılmasına həsr edilmiş məqalələrlə yenilənməkdədir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir”
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info