Daha bir qrup şəxsə aktivlər verilib
Tarix: 30.08.2017 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Azərbaycan prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli sərəncamının icrası işlərinin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində 5 rayon və şəhər (Şəki, Kürdəmir, İmişli, Sabirabad, Mingəçevir) üzrə daha 20 nəfərə yaxın işsiz və işaxtaran şəxsə aktivlər (mal və materiallar) təqdim olunub.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, cari ilin fevralından, yəni aktivlərin verilməsinə başlanandan bəri proqram iştirakçılarından artıq 875 nəfər işsiz və işaxtaran şəxsin biznes-planlarını reallaşdırmaları üçün aktivlərlə təminatı həyata keçirilib.

Ümumilikdə, bu günə qədər özünüməşğulluq proqramı çərçivəsində respublikamızın 50 rayon və şəhəri (Tərtər, Laçın, Hacıqabul, Ağcabədi, Beyləqan, Bərdə, Qəbələ, Ağdam, İsmayıllı, Göyçay, Ağsu, Saatlı, Biləsuvar, Yevlax, Füzuli, Cəbrayıl, Şirvan, Lerik, Masallı, Astara, Salyan, Cəlilabad, Sabirabad, Kürdəmir, Mingəçevir, Naftalan, Samux, Göygöl və b.) üzrə proqramın icrası prosesi başa çatdırılıb. 26 rayon və şəhər (Lənkəran, Ağdaş, Goranboy, Gəncə, Şəmkir, Gədəbəy, Tovuz, Xaçmaz, Şəki, Bakı şəhərinin rayonları, Sumqayıt və s.) üzrə isə aktivlərin verilməsi prosesi davam etdirilir.

“Verilmiş mal və materiallardan istifadə olunmaqla vətəndaşlar biznes-planlarına uyğun şəkildə ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını qurublar. Nəticədə onların və ailə üzvlərinin özünüməşğulluğu təmin edilməklə, onlara gəlirlərini artırmaq, gələcəkdə ailə biznesinə çıxış imkanı yaradılıb. Yeni qurulan təsərrüfatların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini əhatə edir ki, bu da ölkəmizdə aqrar sahənin inkişafına yönələn kompleks tədbirlərə əlavə dəstəkdir”, - deyə məlumatda vurğulanıb.

Özünüməşğulluq proqramı çərçivəsində müvafiq təlim kurslarını bitirmiş və qiymətləndirmələr zamanı biznes-planları müsbət dəyərləndirilmiş ümumilikdə 1400 nəfərə yaxın şəxsin ailə təsərrüfatlarını qurmaları nəzərdə tutulub. Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən “İşsizlikdən sığorta haqqında” Qanunun tətbiqi nəticəsində isə növbəti illərdə bundan dəfələrlə çox insanın özünüməşğulluq proqramına cəlb olunması təmin ediləcək.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir”
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info