ADNSU Montpelliye Universiteti ilə əməkdaşlıq edəcək
Tarix: 31.08.2017 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının Fransanın Montpelliye Universitetinin (Université de Montpellier) beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Fransua Henn ilə görüşü olub.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə professor M.Babanlı rəhbərlik etdiyi ali məktəbin fəaliyyətindən danışıb, universitetin beynəlxalq əlaqələri, təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən Fransa-Azərbaycan Universiteti (UFAZ), həmçinin “eazi START” startap və innovasiya mərkəzi haqqında ətraflı məlumat verib.
ADNSU-da reallaşdırılan layihələrdən bəhs edən rektor yaxın gələcəkdə universitetdə bir neçə adda məhsul istehsal ediləcəyini də söyləyib.
M.Babanlı ADNSU-da Montpelliye Universiteti ilə əlaqələrə böyük önəm verildiyini və iki ali təhsil müəssisəsi arasında müxtəlif istiqamətlərdə əməkdaşlığa maraqlı olduqlarını vurğulayıb.
Görüşdən məmnun qaldığını qeyd edən Fransua Henn Montpelliye Universiteti barədə məlumat verərək, bu ali məktəbdə 40 mindən çox tələbənin təhsil aldığını bildirib.
Sonra iki universitet arasında birgə kadr hazırlığı, müəllim-tələbə mübadiləsi və digər məsələlər müzakirə olunub, əməkdaşlığa dair müqavilə imzalanması haqqında razılıq əldə edilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir”
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info