“WhatsApp”dan biznes sahiblərinə mükəmməl təklif
Tarix: 31.08.2017 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


“Facebook” şirkətinə məxsus olan “WhatsApp” messenceri biznes hesab sahibləri üçün bir neçə yeni funksiya istifadəyə verib.
AZƏRTAC xəbər verir ki, birincisi, sözügedən xidmətin komandası bu və ya digər brendə məxsus hesabın əsilliyini təsdiq etməyə imkan verib. Kontaktın adının qarşısında yaşıl işarə olduğu halda bu, telefon nömrəsinin biznes hesaba məxsus olduğu deməkdir. Bu funksiya beta-test mərhələsindədir: “WhatsApp” hələ ki yalnız bəzi brendləri təsdiqləyib. İkincisi, şirkətin nümayəndəsi ilə ünsiyyətə başlayarkən “WhatsApp” bu barədə xəbərdarlıq edəcək. Çat daxilində sarı mesaj bu barədə xəbərdar edəcək. İstifadəçi biznes hesabla yazışmaq istəmədikdə istənilən vaxt kontaktı bloklamaq imkanı var.
Cari ilin yayında “WhatsApp” komandası növbəti rekordu paylaşıb: onun gündəlik auditoriyası (gündə bir dəfə mobil proqramdan istifadə edənlər) 1 milyard təşkil edib. Beləliklə, planetin hər 7-ci sakini “Facebook” şirkətinə məxsus rabitə xidmətinin istifadəçisidir.
Hər gün “WhatsApp” messenceri üzərindən 55 milyard mətn mesajı, 4,5 milyard şəkil və 1 milyard video göndərilir. Mobil proqram 60 dildə əlçatandır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Tullantıların çeşidlənməsi zamanı 19-cu əsrə aid nadir kitab tapılıb
16.10.2019
Assosda 2300 yaşlı balıqqabılar və qarmaqlar tapıldı
16.10.2019
Polisi döyən deputat 792 manat cərimələndi
16.10.2019
Sahibini izləyən robot-çamadan
16.10.2019
Çinin ilk yerli buzqıran gəmisi ilk səfərinə çıxdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Vasim Məmmədəliyev vəfat edib
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info