22 rayon və şəhərdə əmək yarmarkaları keçiriləcək
Tarix: 31.08.2017 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması üçün keçirilən əmək yarmarkalarının cari ilin sentyabr ayında respublikamızın 22 rayon və şəhərində davam etdirilməsi nəzərdə tutulur.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, gələn ay Qusar, Sabirabad, Lerik, Tərtər, Biləsuvar, Astara, Bərdə, Ağcabədi, Şabran, Zaqatala, Balakən, Salyan, Ağdam, Beyləqan, Ucar, Ağdaş, Tovuz, Yardımlı, Lənkəran, Goranboy, Abşeron,  Naftalan rayon və şəhərlərində Əmək yarmarkalarının təşkili üçün işəgötürənlərlə əməkdaşlıq şəraitində müvafiq hazırlıq işləri aparılır. Bu aktiv məşğulluq tədbirlərində həmin rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və qeyri-dövlət müəssisələrindəki boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək.
 
Yarmarkalarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə ayrılmış iş yerləri də təqdim olunacaq. İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi əmək yarmarkalarında vakant iş yerlərinə göndərişlər verilməklə bərabər, əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılacaq.
 
Cari ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən 18 rayon və şəhərdə Əmək yarmarkaları keçirilib. Bu tədbirlər zamanı 470 müəssisə üzrə 4 900-ə yaxın vakant iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif edilib. 1 165 nəfərə vakant iş yerlərinə göndərişlər verilib ki, onlardan böyük əksəriyyətinin həmin iş yerlərində məşğulluğu təmin olunub. Həmçinin yarmarkalarda 107 nəfər  peşə hazırlığı və əlavə təhsil kurslarına, 103 nəfər ödənişli ictimai işlərə cəlb edilmək üçün qeydiyyata götürülüb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir”
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info