Dövlət sərhədini pozan şəxs saxlanılıb
Tarix: 05.09.2017 | Saat: 15:10:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən axtarışda olan və ya cinayət törədərək digər ölkə ərazisində gizlənmək məqsədi ilə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyət davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildiriblər ki, avqustun 31-də əvvəllər məhkum olunmuş Azərbaycan Respublikası vətəndaşı 19.06.1973-cü il təvəllüdlü Rzayev Ədalət Zakir oğlu Ağstafa rayonunun Sadıxlı kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Gürcüstana keçməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılıb.
Aparılmış ilkin araşdırma nəticəsində Rzayev Ədalət Zakir oğlu barəsində Daxili İşlər Nazirliyinin Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2-ci maddəsi ilə (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qaçırma) cinayət işi başlanıldığı və bu səbəbdən onun ölkə ərazisini qeyri-qanuni yolla tərk etməyə cəhd göstərməsi müəyyənləşdirilib.
Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir”
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info