FAST teleskopu dünyanın ən böyük radioteleskopudur
Tarix: 05.09.2017 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


Çin Xalq Respublikasında (ÇXR) yerləşən FAST (The Five hundred meter Aperture Spherical Telescope) teleskopu dünyanın ən böyük radioteleskopudur.
AZƏRTAC xəbər verir ki, FAST indiyədək dünyada ən böyük hesab edilən Puerto-Rikodakı Aresibo rəsədxanasının teleskopundan böyükdür. Onun hazırlanmasına 5 il və 1,15 milyard yuan (180 milyon dollar) sərf edilib.
Diametri 500 metr olan FAST teleskopu 2016-cı il sentyabrın 25-də işə salınıb. Teleskop Çinin cənubundakı Quancou əyalətinin yüksək dağlıq ərazisində yerləşir.
Tam dolmuş aperturaya malik FAST teleskopunda kainatdakı irimiqyaslı neytral hidrogen buludlarının tədqiqi, pulsarların, zəif qalaktikaların aşkar edilməsi və müşahidələri, ulduzlararası mühitdə molekulların aşkarlanması, reionizasiya dövrünə aid obyektlərin öyrənilməsi, ulduzlararası rabitə siqnallarının aşkarlanması üzrə elmi tədqiqat işləri aparılır.
Qeyd edək ki, FAST teleskopunun qurulmasında təbii karst çuxurundan istifadə edilib. Onun reflektoru xüsusi tordan asılmış 4450 ədəd qofra edilmiş alüminiumdan hazırlanıb. Reflektorun özü isə çevrilmiş kasa formasını almış geodezik qübbədən ibarətdir. Reflektorun hər paneli aktuatorlarla idarə edilir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Uçan avtomobillər yaxin gələcəkdə real ola bilər
20.10.2019
Bu tabutlar son illərin ən böyük tapıntıları oldu
19.10.2019
Turistlər övladlarını qatarda unutdu
19.10.2019
NASA iri asteroidin Yerə yaxınlaşdığı barədə xəbərdarlıq edib
19.10.2019
Hindistanda kişi dəfn zamanı “dirilib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info