Şaftalı cemi
Tarix: 05.09.2017 | Saat: 20:09:00 | E-mail | Çapa göndər
Şaftalı yay aylarının ən sevilən meyvələrindəndir. Həmçinin bu meyvənin mürəbbəsini də xoşlayanlar çoxdur. Milli.Az ailem.az-a istinadən şaftalı cemini hazırlamağın yollarını sizə təqdim edir.
Lazım olan vəsaitlər:
1 kiloqram şaftalı
800 qram şəkər tozu
1 çay qaşığı kərə yağı
1 çay qaşığı təzə sıxılmış limon suyu

Hazırlanması
Yuyub, soyduğunuz şaftalıların çəyirdəyini çıxarın. Saftalıları kiçik kublar şəklində kəsin. Dərin bir qazana bir qat şaftalı, bir qat şəkər tozu səpib bitənə qədər bunu bir neçə dəfə təkrar edin. Qapağı bağlı qazanda təxminən 2-3 saat gözlədin. Şaftalılar suyunu buraxdıqda cem qazanını ocağa qoyun. Az xodda qaynasın. Cemin səthinə çıxan köpükləri kəfkir köməyi ilə götürüb kərə yağı əlavə edin. Az xodda bişirmə əməliyyatını 2-3 dəqiqə daha davam etdirin. Tündləşib azacıq mətləşən cemə limon suyunu qatıb qısa bir müddət daha bişirdikdən sonra ocaqdan alın. Cemi, əvvəlcədən təmizləyib quruladığınız qablara doldurub qapaqlarını möhkəmcə bağladıqdan sonra tərs çevirərək otaq istiliyində mühafizə edin.
Qeyd: Soyutduğunuz cemi günəş görməyən və sərin bir yerdə mühafizə edin.

Nuş olsun.




 
Bölməyə aid digər xəbərlər
14.02.2018
Narlı, şokoladlı tort
10.02.2018
Toyuq dolması
09.02.2018
Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
08.02.2018
Yaşıl şorba
02.02.2018
Ballı tort

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8426

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
4 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info