ƏƏSMN-in “Çağrı mərkəzləri“nə edilən müraciətlərin sayı azalmaqda davam edir
Tarix: 06.09.2017 | Saat: 15:13:00 | E-mail | Çapa göndər


Cari ilin avqust ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - “Çağrı mərkəzləri”nə vətəndaşlar tərəfindən 11 890 müraciət daxil olub.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müraciətlər əsasən sosial təminat, əmək qanunvericiliyi, pensiya və müavinətlər, sosial sığorta,  məşğulluğun təminatı, tibbi-sosial ekspertiza və reabilitasiya, əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən istifadə ilə bağlı sahələri əhatə edib.
 
Nazirliyin mütəxəssisləri tərəfindən operativ və dolğun şəkildə cavablandırılmış vətəndaş müraciətlərinin 95,7%-i və ya 11 376-sı sorğu xarakterli olub. Həmin sorğularla  bağlı qanunvericiliyin müvafiq müddəaları əsasında vətəndaşlara hüquqi izahatlar verilib. Qeyri-sorğu xarakterli müraciətlər isə nazirliyin aidiyyəti bölmələrində  araşdırılaraq müvafiq tədbirlər görülüb və nəticəsi barədə vətəndaşlar məlumatlandırılıb.
 
“Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin sayında azalma meyli avqust ayında da davam edib. Ay ərzində “Çağrı mərkəzləri” vasitəsilə cavablandırılmış zənglərin sayı iyul ayı ilə müqayisədə 3,9% azalıb.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı mərkəzləri” nazirliyin səlahiyyətlərinə dair məsələlər, o cümlədən sosial təminat, əlilliyin müəyyən edilməsi və tibbi-sosial reabilitasiya, məşğulluğun təminatı, iş yerlərində əmək qanunvericiliyinə əməl olunması, bu sahələr üzrə elektron xidmətlərdən istifadə ilə əlaqədar vətəndaşların məlumat, sorğu və şikayət xarakterli müraciətlərinin qəbul edilərək operativ şəkildə cavablandırılması məqsədinə xidmət edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir”
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info